• $
  • €
  • ₽
  • ₺
  • £

Qırmızı Xaç Komitəsindən itkinlərlə bağlı müraciət

Qırmızı Xaç Komitəsindən itkinlərlə bağlı müraciət
30.08.2021 11:40
Bu gün dünyada silahlı münaqişə, zorakılıq, miqrasiya və təbii fəlakətlər nəticəsində itkin düşmüş yüz minlərlə şəxsin anıldığı Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü qeyd olunur.


Beynəlxalq Qırmızı Xaç Komitəsindən (BQXK) Anews.az-a verilən məlumatda görə, qurum hər zaman itkin düşmüş şəxslərin ailələrinin yanındadır:

"Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olaraq regionda minlərlə insan itkin düşmüşdür. Bundan qat-qat artıq insan isə öz doğmalarının taleyindən xəbərsiz ağrı içində yaşayır. Bu insanların daima yaşadığı qeyri-müəyyənlik bir çox hallarda onları emosional cəhətdən tükədir və həyatlarında sağalmaz yaralar qoyur. Valideyninin, həyat yoldaşının və ya övladının başına nə gəldiyini bilməmək bu ailələrin çiyinlərinə dözülməz dərəcədə ağır yük qoyur. Onlar ümidlə ümidsizlik arasında, qeyri-müəyyən vəziyyətdə qalır, yas saxlaya bilmirlər.


İtkin düşmüş şəxslərdən birinin bacısı deyir ki, onun hər doğum gününü onsuz qeyd edirlər: "İllər ötür, o yaşa dolur, lakin mənim xəyallarımda o, hələ də həmin yaşdadır”.

"BQXK müvafiq qurumların itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması və ailələrinə cavab verilməsi istiqamətində gördüyü işlərdə yaxından iştirak edir, onlara dəstək olur. Biz aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq edir, texniki bilik və səriştəmizi, dünyanın digər ölkələrində qazandığımız təcrübəmizi paylaşmaqla Azərbaycanın hakimiyyət orqanlarının fəaliyyətlərinə yardım göstəririk”,-deyə məlumatda bildirilib.

BQXK-nın Baş direktoru cənab Roberto Mardini itkin ailələrinə xitabən deyib ki,  onların yaxınları unudulmur:

"Onlar tək deyillər. Biz isə dövlətlərin səlahiyyətləri daxilində əllərindən gələni edərək, ailələrə cavab verməsi üçün onlara dəstək olmağa, bununla da ailələrin bilmək hüququnu müdafiə etməyə davam edəcəyik”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol