• $
  • €
  • ₽
  • ₺
  • £

Fransa səfirliyi viza alınması qaydalarına dəyişikliklər etdi

Fransa səfirliyi viza alınması qaydalarına dəyişikliklər etdi
20.05.2014 19:11

Fransa səfirliyinin Vizalar şöbəsi Fransa, Belçika, Niderland, Lüksemburq, İspaniya və Portuqaliyaya getmək üçün viza almaq istəyən adi pasport sahiblərinə yeni xidmətlər göstərəcək.

Fransanın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, 2014-cü il mayın 26-dan etibarən təsdiqlənmiş "TLS Kontakt" yardımçı şirkəti görüş vaxtlarının alınmasının idarə edilməsini bu telefonlarla - 404 12 03/ 404 12 04/ 404 12 05/ və bu internet ünvanı vasitəsilə - https://www.tlscontact.com/az2fr/login.php. həyata keçirəcək.

Beləliklə, Fransa səfirliyinin Vizalar şöbəsi bu tarixdən başlayaraq viza almaq istəyənlərə görüş vaxtının verilməsi ilə məşğul olmayacaq.

Bundan başqa, bu yardımçı şirkət viza almaq istəyənlərə telefonla məlumatların verilməsini (prosedurlar, təqdim edilməli sənədlər və s.) və Fransa səfirliyinin Vizalar şöbəsi tərəfindən dosyelər yoxlanıldıqdan sonra pasportların ərizəçilərə qaytarılmasını da öz öhdəsinə götürəcək.

Fransa səfirliyinin Vizalar şöbəsindən verilən pasportlar ərizəçilərə bundan sonra "TLS Kontakt" şirkətində, aşağıdakı ünvanda qaytarılacaq: Bakı, AZ 1025, Xocalı prospekti, 37, Dəmirçi Tover.

Beləliklə də 2014-cü il mayın 26-dan başlayaraq Fransanın Azərbaycandakı səfirliyinin Vizalar şöbəsi görüş vaxtlarının verilməsi və yuxarıda sadalanan xidmətləri yerinə yetirməyəcək.

Bundan əlavə, eksternalizasiya üçün keçid dövrü olan 26 may - 12 iyun tarixində öz sənədlərini Fransa səfirliyinin Vizalar şöbəsinə verəcək şəxslər pasportlarını Vizalar şöbəsindən geri alacaqlar. 2014-cü il mayın 26-dan sənədlərini "TLS Kontakt" vasitəsilə təqdim ediblərsə, o halda pasportlarını "TLS Kontakt" şirkətindən götürəcəklər.

Xidməti və diplomatik pasport sahibləri tərəfindən təqdim edilən ərizələr isə əvvəllər olduğu kimi Fransa səfirliyinin Vizalar şöbəsi tərəfindən qəbul edilərək baxılacaq və öz sahiblərinə geri qaytarılacaq.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol