• $
  • €
  • ₽
  • ₺
  • £

Ekspert: "Minaları təmizləyən texnikalarda problemlər var"

Ekspert: "Minaları təmizləyən texnikalarda problemlər var"
15.09.2021 19:23
"İşğaldan azad edilmiş ərazilərin təmizlənməsi üçün yeni texnikalar gətirilib, amma həmin texnikalarda müəyyən problemlər var". Bu sözləri hərbi məsələləri üzrə ekspert Səxavət Məmməd deyib.
 
Səxavət Məmməd deyir ki, sözügedən texnikalar Türkiyə və İsraildən alınıb:
"ANAMA işçiləri ilə etdiyim söhbətlər zamanı onlar bildirib ki, gətirilən maşınlarla ərazilərdə minatəmizləmə əməliyyatları aparıldıqdan sonra təkrar həmin ərazilərdə axtarış zamanı xeyli partlamamış minalar tapılır. Çünki bu texnikalar torpağı sovurub, sonra geri atır, dişlərin arasına minalar keçə bilmir. Piyada əleyhinə minalar kiçik ölçülü və kaprondur. Bunlar detektora düşmür. Ən pisi isə odur ki, çürümür, 70 il torpaqda qala və partlaya bilir”,- deyə ekspert əlavə edib.
 
Rəsmi qurumlar tərəfindən İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları üçün Azərbaycana bir sıra ölkələrdən texnikaların alınması, eləcə də ərazilərin təmizlənməsi üçün xarici ölkələrin vəsait ayırması ilə bağlı məlumatlar yayılıb.
 
2021-ci ilin iyununda Müdafiə Nazirliyi tərəfindən jurnalistlər üçün təşkil edilmiş media turda Mühəndis Qoşunlarının zabiti, polkovnik Ceyhun Bağırovun verdiyi açıqlamaya görə,işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi üçün Türkiyədən "MEMATT" tipli 20 ədəd mexaniki minatəmizləmə texnikasının ölkəyə gətirilməsi planlaşdırılırdı. Onun sözlərinə görə, artıq texnikaların yarısı ölkəyə gətirilib və işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlarında istifadə edilir.
 
Bu ilin sentyabrında Böyük Britaniya Dağlıq Qarabağ müharibəsindən sonra BMT-nin İnkişaf Proqramını həyata keçirmək üçün yarım milyon funt sterlinq ayırıb.  Bu vəsait insanların təhlükəsizliyini təmin etmək üçün Dağlıq Qarabağ bölgəsi ətrafında mina təmizləməsi, mütəxəssislərin təhsili və hazırlanması üçün tədbirlərin həyata keçirilməsi üçün ayrılıb.
İngiltərə 2020-ci il Dağlıq Qarabağ münaqişəsindən sonra humanitar dəstək elan edən ilk ölkə oldu və Beynəlxalq Qırmızı Xaç Komitəsinə 1 milyon funt sterlinq bağışladı.

Ekspertlər düşünür ki, işğaldan azad edilmiş ərazilərdən biri olan Ağdam minaların say çoxluğuna görə daha çox təhlükəlidir.
Buna əsas səbəb 2021-ci il iyunun 12-də Ermənistanın təqdim etdiyi Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələrdir. Xəritələrin müqabilində Ermənistan Azərbaycandan 15 əsir hərbçini təhvil alıb.
 
Minatəmizləmə Agentliyi (ANAMA) isə hələki işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi üçün hansı ölkələrdən texnikaların gətirilməsi, eləcə də hansı xarici ölkələrin Azərbaycana yardımlar etməsi ilə bağlı rəsmi açıqlama vermir.

2020-ci ilin noyabrından bu ilin avqustunadək işğaldan azad edilmiş 4 575 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. 9406 piyada əleyhinə mina, 4092 tank əleyhinə mina olmaqla ümumilikdə 13 498 mina təmizlənib. Bundan başqa, 10529 partlamamış hərbi sursatlar da ərazilərdən təmizlənib. Sentyabrın 6-dan 11-dək olan statistikaya görə, 119 piyada əleyhinə,30 tank əleyhinə mina, 109 partlamamış hərbi sursat məhv edilib.
 
Samirə Əli

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol