• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycandan Avropaya köçənlər geri qaytarılacaq! - Yeni Qərar

Azərbaycandan Avropaya köçənlər geri qaytarılacaq! - Yeni Qərar
19.05.2014 13:43
Azərbaycan Avropa İttifaqı qarşısında AB ölkələrinə qanunsuz köçən vətəndaşlarının geri qaytarılması və bununla bağlı digər məsələlərə dair yeni öhdəliklər götürür. APA-nın məlumatına görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası (geri qaytarılma) haqqında” sazişdə əksini tapıb. Komitə sədri Əli Hüseynlinin rəhbərliyi ilə keçirilən iclasda bildirilib ki, sazişdə Azərbaycan Aİ üzv ölkələrinə qanunsuz köç etmiş vətəndaşlarının geri qaytarılması öhdəliyini götürür. Sənəddə göstərilir ki, Avropa İttifaqına üzv dövlətin müraciəti əsasında və bu sazişdə ehtiva olunan şərtlərdən əlavə, rəsmiyyətçiliyə yol vermədən, Azərbaycan sorğu edən üzv dövlətin ərazisinə daxil olmaq, qalmaq və ya yaşamaqla bağlı qüvvədə olan şərtlərə əməl etməyən və ya bu şərtləri yerinə yetirməyən, Azərbaycan vətəndaşı olduğu sübut olunan və ya “prima facie” dəlillərlə əsaslandırılmış şəkildə ehtimal edilən bütün şəxsləri readmissiya edir. Sazişdə bu məsələ ətrafında başqa bir sıra öhdəliklər də nəzərdə tutulub və eyni zamanda hansı şəxslərin necə readmissiya ediləcəyi açıqlanıb, şərtlər göstərilib. İclasda Azərbaycanın işğal olunmuş torpaqlarında, Dağlıq Qarabağda və ətraf rayonlarda yaşayan vətəndaşlarının (əsasən ermənilər) bu sazişə əsasən Aİ-dən readmissiya olunmasının hansı yolla həyata keçirilməsi məsələsi də qaldırılıb. Komitə sədri Ə. Hüseynli buna cavab olaraq deyib ki, bu məsələ Xarici İşlər Nazirliyi ilə birgə müzakirə olunacaq və saziş plenar iclasda müzakirəyə çıxarılarkən bu məsələ ilə bağlı konkret fikir təqdim olunacaq. Komitə sazişi təsdiqləyərək plenar iclasa tövsiyə edib. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol