• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcü ekspert Qarabağın bərpasından danışdı

Gürcü ekspert Qarabağın bərpasından danışdı
29.09.2021 16:49
"Azərbaycanın işğaldan azad etdiyi rayonlar böyük tikinti meydançasına çevrilib. Hazırda bütün xalq bərpa işlərinə səfərbər olunub”.

Bunu Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunun araşdırmaçısı Zurab Batişavili "Acarıstan” telekanalının "Gürcüstana xidmət edirəm” adlı proqramının işğaldan azad olunan Ağdam şəhərində çəkilən buraxılışında deyib.

"Qarabağ müharibəsindən bir il sonra” adlı mövzu ilə bağlı danışan ekspertin sözlərinə görə, azad olunan ərazilərdə bərpa işlərinin bir neçə il davam edəcəyi görünür: "Lakin Azərbaycan işləri çox sürətlə həyata keçirə biləcək. Çünki dövlətin bütün gücü yenidənqurmaya yönəldilib”.

Z.Batiaşvili qeyd edib ki, bərpa işlərində Gürcüstan da öz rolunu oynaya bilər: "Çox güman ki, Qarabağın iqtisadiyyatının bərpası prosesində, xüsusən də tikinti sahəsində Gürcüstan şirkətləri də iştirak edəcəklər. Ağdam demək olar, tamamilə dağıdılıb və şəhər sıfırdan tikilir”.

Ekspert ziyarət etdiyi Şuşa şəhəri barədə də danışıb. Onun sözlərinə görə, şəhərin azad olunmasında Azərbaycanın xüsusi təyinatlıları çox mühüm rol oynayıblar: "Onlar qayalara dırmaşıb Şuşaya daxil olublar və şəhəri azad ediblər. Bu, yenilik oldu. Əvvəllər Azərbaycanda bu cür hərbi əməliyyatlar həyata keçirilməyib”.

O əlavə edib ki, Azərbaycanda olduğu günlərdə cəmiyyət arasında güclü qalibiyyət hissi müşahidə edib və müharibədə qələbə xalqa yeni təkan verib.




www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol