• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi başlayır

Bu gün Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi başlayır
14.05.2014 09:03
 Bu gün, 14 may 2014-cü il tarixdə Azərbaycan Respublikası Avropa Şurasına 2001-ci ilin yanvarında üzv qəbul olunduqdan bəri tarixində ilk dəfədir ki, təşkilatın əsas qurumu olan Avropa Şurası Nazirlər Komitəsinə sədrliyə başlayır.APA-nın Avropa müxbirinin verdiyi məlumata görə,  Azərbaycanın AŞNK-də sədirliyi qurumun bu ilin mayın 6-da Avstriyanın paytaxtı Vyanada keçirilmiş AŞ-na üzv ölkələrinin xarici işlər nazirlərinin 124-cü toplantısında Avstriyadan Azərbaycana təhvil verilib. Azərbaycan bu qurumda 6 ay müddətində bu ilin noyabr ayının 15-nə dək sədirlik edəcək. Azərbaycan tərəfi artıq sədrlik dövründəki əsas prioritetlərini, Bakıda və Strasburqda keçiriləcək rəsmi və mədəni tədbirlər proqramını açıqlayıb. Dünən axşam isə Azərbaycanın AŞNK-nə sədrliyinə başlaması münasibəti ilə Strasburqda şəhər meriyasının qarşısında Azərbaycanın dövlət bayrağı ucaldılıb və altı ay ərzində Avropa bayrağı ilə yanaşı Strasburqun mərkəzindəki Broqli meydanında 1949-cu ildə AŞNK-nin  ilk toplantısı keçirilmiş şəhər meriyası binasının qarşısında dalğalanacaq. Mərasimdə Azərbaycandan öncə AŞNK-nə sədrlik etmiş Avstriya dövlətinin bayrağı aşağı endirilib və daha sonra Azərbaycanın üçrəngli bayrağı ucaldılıb. Mərasim zamanı Strasburq musiqi məktəbinin şagirdləri Avstriya və Azərbaycanın dövlət himnlərini, eləcə də Avropanın himnini ifa ediblər. Avropa Şurası Baş katibinin müavini, xanım Qabriella Battaini-Draqoni, Strasburq merinin müavini Jan-Jak Qsel, Avstriyanın Avropa Şurası yanında daimi nümayəndəsi, səfir Rudolf Lennkh tədbirdə çıxış edərək, Azərbaycana bu mühüm və tarixi sədrliyi dövründə uğurlar arzulayıblar. Jan-Jak Qsel öz çıxışında Azərbaycanın ilk dəfə Nazirlər Komitəsində sədrliyə başladığını qeyd edərək, iki gün öncə Fransa Prezidenti Fransua Ollandın Azərbaycana rəsmi səfər etməsini önə çəkdi və bu səfərin Fransayla Azərbaycan arasında siyasi dialoqun və ikitərəfli əlaqələrin daha da gücləndirilməsi məqsədini daşıdığını bildirib. Xanım Qabriella Battaini-Draqoni isə çıxışında Azərbaycanın korrupsiya ilə mübarizə sahəsində fəallıq göstərəcəyinə və eləcə də Avropa Şurası ilə əməkdaşlığın əsas tərkibb hissəsi olan qonşuluq, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişaf etdirəcəyinə əmin olduğunu söyləyib. Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəsi, səfir Emin Eyyubov isə öz növbəsində Azərbaycanın boynuna düşən bu şərəfli və məhsuliyyətli vəzifəni layiqincə yerinə yetirəcəyini bildirərək, Avropa Şurasının üç əsas təməli olan demokratiya, insan hüquqları və qanunun aliliyi prinsiplərinə güclü dəstək verəcəyinə və Avropa məkanında demokratiya, təhlükəsizlik və sabitliyin qorunması sahəsində Avropada hazırda mövcud olan və üzv ölkələrin qarşılaşdığı problemlərlə ciddi şəkildə məşqul olacağını bildirib. Mərasimdə Avropa Şurasının yüksək vəzifəli şəxsləri və üzv ölkələrin daimi nümayəndələri, şəhər meriyasının təmsilçiləri, Strasburqda fəaliyyət göstərən diplomatik korpusların nümayəndə və səfirləri, eləcə də Strasburqda təhsil alan və çalışan azərbaycan icmasının nümayəndələri və şəhər sakinləri iştirak ediblər. ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol