• $
  • €
  • ₽
  • ₺
  • £

Kəmaləddin Heydərov və qardaşı da yola salınır?

Kəmaləddin Heydərov və qardaşı da yola salınır?
04.11.2021 13:23
 Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti (SOCAR) Rövnəq Abdullayev Azərbaycan Cüdo Federasiyasının prezidenti vəzifəsindən ayrılıb. Onu bu postda Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev əvəz edib. R.Abdullayev SOCAR rəhbərliyi ilə yanaşı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti olaraq fəaliyyətini davam etdirir.

Yaxın günlərdə digər idman federasiyalarının rəhbərləri yola salınacaq. Bu sırada müxtəlif şəxslərin adı çəkilsə də, ən yaxın dövrdə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla bağlı qərarın veriləcəyi gözlənilir.

 K. Heydərov iki idman federasiyasının – Azərbaycan Boks və Azərbaycan Taekvondo federasiyalarının prezidentidir. Onun hələlik Boks Federasiyasının prezidenti olaraq fəaliyyətini davam etdirəcəyi söylənilsə də, Taekvondo Federasiyasının rəhbərliyindən gedəcəyi qərarı qətiləşib. Buna səbəb isə yeni Gənclər və İdman naziri Fərid Qayıbovun bu sahədə islahatlar aparmaqda israrlı olması göstərilir. Bu məqsədlə Azərbaycan Taekvondo Federasiyasının növbədənkənar konfransının çağırılacağı söylənilir.
 
Azərbaycan Taekvondo Federasiyası 1992-ci ildə təsis edilib. Federasiyasının prezidenti Fövqəladə Hallar naziri olsa da, vitse-prezidentləri Dövlət Gömrük Komitəsinin sabiq sədri Aydın Əliyev, FHN-in İdman-sağlamlıq klubunun rəisi Füzuli Musayev, idman təşkilatçısı Nağı Səfərov və Kəmaləddin Heydərovun sahibkar qardaşı Səməd Heydərovdur.
Onun yerinə kimin təyin olunacağı barədə isə dəqiq məlumat yoxdur. Ehtimallara görə, Fövqəladə Hallar nazirini Azərbaycan Taekvondo Federasiyasının prezidenti postunda gənc nazir həmkarlarından biri əvəz edəcək. Artıq federasiyada növbədənkənar konfrans hazırlıqlarına başlandığı da söylənilənlər arasındadır. K.Heydərovla yanaşı, Füzuli Musayev istisna olmaqla federasiyanın digər vitse-prezidentlərinin də yola salınacağı bildirilir. Mənbəmizin sözlərinə görə, K.Heydərovun biznesmen qardaşı Səməd Heydərov da öz postunu təhvil verməli olacaq.

Kəmaləddin Heydərov 1961-ci ildə Naxçıvanda anadan olub. Bakı Dövlət Universitetinin Geologiya fakültəsini və Azərbaycan Universitetini bitirib. Əmək fəaliyyətinə "Xəzərdənizneftqaz” kəşfiyyatı idarəsində texnik kimi başlayıb, sonradan müəssisənin geoloqu olub. Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra bir müddət Özbəkistanda sahibkarlıq fəaliyyəti ilə məşğul olub. "M-Gilan” adlı şirkətin təsisçisi olub. 1995-2006-cı illərdə Dövlət Gömrük Komitəsinin sədri işləyib. 2006-cı ildən Fövqəladə Hallar naziridir. (hokm.az)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol