İranda baş verən zəlzələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi bu ölkəyə başsağlığı verib. Nazirliyin tviter səhifəsində paylaşılan məlumatda deyilir: "İranın cənubunda baş verən güclü zəlzələ xəbərindən çox sarsıldıq. Zəlzələ nəticəsində həlak olanların ailələrinə başsağlığı verir, bütün yaralananların tezliklə sağalmasını diləyirik”. www.anews.az