• $
  • €
  • ₽
  • ₺
  • £

Rudenko və Önal “3+3” formatı ilə bağlı məsləhətləşmələr apardı

Rudenko və Önal “3+3” formatı ilə bağlı məsləhətləşmələr apardı
15.11.2021 21:31
Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko və onun türkiyəli həmkarı Sedat Önal İstanbulda məsləhətləşmələr aparıb. Görüş zamanı Cənubi Qafqazda yaxın vaxtlarda "3+3” mexanizminin işə salınması məsələsi müzakirə edilib.

"Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması kontekstində Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 9 noyabr və 2021-ci il yanvarın 11-də imzaladığı üçtərəfli sazişlərin ardıcıl surətdə həyata keçirilməsinin vacibliyi qeyd edilib. Cənubi Qafqaz üçün regional məsləhətləşmə mexanizmi” 3+3” (Azərbaycan, Ermənistan, Gürcüstan üstəgəl Rusiya, Türkiyə, İran) formatının yaxın vaxtlarda işə salınmasının aktuallığı qeyd edilib”, - deyə Rusiya XİN-in məlumatında deyilir. 

"3+3” formatı Cənubi Qafqaz ölkələri və onlara qonşu olan Rusiya, İran və Türkiyənin iştirakını nəzərdə tutur. Onun yaradılmasını Azərbaycan və Türkiyə prezidentləri təklif ediblər. Gürcüstan və Ermənistan bu formatda iştirakları ilə bağlı hələlik yekun cavab verməyiblər.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bayramovun italiyanlı həmkarı ilə görüşü başlayıb
Siyasət 13:36
Bayramovun italiyanlı həmkarı ilə görüşü başlayıb
Əliyev İtaliya XİN rəhbərini qəbul edib
Siyasət 12:13
Əliyev İtaliya XİN rəhbərini qəbul edib
Baş nazirdən əlilliyin qiymətləndirilməsi ilə bağlı - Dəyişiklik
Siyasət 11:58
Baş nazirdən əlilliyin qiymətləndirilməsi ilə bağlı - Dəyişiklik
Paşinyan: Yeni Konstitusiya qəbul edilməsə, istefa verəcəyəm
Siyasət 11:43
Paşinyan: Yeni Konstitusiya qəbul edilməsə, istefa verəcəyəm
Prezident deputatla bağlı sərəncam imzalayıb
Siyasət 10:08
Prezident deputatla bağlı sərəncam imzalayıb
Paşinyan Ermənistanın yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib
Siyasət 09:34
Paşinyan Ermənistanın yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol