• $
  • €
  • ₽
  • ₺
  • £

XİN: Qəbul olunan qətnamə siyasi və hüquqi qüvvəyə malik deyil

XİN: Qəbul olunan qətnamə siyasi və hüquqi qüvvəyə malik deyil
09.05.2014 16:38

“Bu sənəd ilk növbədə ABŞ-ın mövqeyinə və maraqlarına ziddir”

“ABŞ-ın Kaliforniya ştatının yerli assambleyası tərəfindən 8 may tarixində qəbul edilmiş qətnamə deklarativ xarakterli olduğu üçün heç bir siyasi və hüquqi qüvvəyə malik deyil”. APA-nın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə rəhbəri Elman Abdullayev ABŞ-ın Kaliforniya ştatının yerli assambleyasında erməni lobbisinin təsiri altında Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması haqda qətnamənin qəbulunu şərh edərkən deyib.

 

ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərindən biri kimi Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri və BMT Nizamnaməsi əsasında həllinə dəstək verdiyini söyləyən E. Abdullayev bildirib ki, Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi ATƏT-in Minsk Qrupunun amerikalı həmsədrinin son açıqlamalarında öz əksini tapıb: “Kaliforniya ştatının yerli assambleyasında olan erməni diaspora nümayəndələri və onların ianələri hesabına fəaliyyət göstərən şəxslər öz şəxsi maraqlarını hər şeydən üstün tutaraq belə bir ədalətsiz addım atıblar. ABŞ ictimaiyyəti nümayəndələrinin etirazları ilə qarşılaşan bu sənəd ilk növbədə ABŞ-ın mövqeyinə və maraqlarına ziddir”.

 

Qətnamənin Şuşanın işğalının 22-ci ildönümü günündə qəbulunu təxribat adlandıran E. Abdullayev bəyan edib ki, bununla da özünü “demokratiya carçısı” adlandıran insanların təcavüz, işğal və etnik təmizləməni təşviq edən əsl mahiyyətini bir daha ortaya qoymuş olur: “Münaqişənin əsl mahiyyətinə göz yuman, yalnız öz məhdud maraqları çərçivəsində fəaliyyət göstərən erməni lobbisi və onun əlində alət olan şəxslər münaqişənin sülh yolu ilə beynəlxalq hüquq normaları əsasında həllinə töhfə vermək əvəzinə, bu təxribatçı addımları ilə regiondakı vəziyyətin gərginləşməsinə rəvac verirlər”.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol