• $
  • €
  • ₽
  • ₺
  • £

“Görüş dörd saatdan artıq çəkdi, olduqca səmərəli idi” - Prezident

“Görüş dörd saatdan artıq çəkdi, olduqca səmərəli idi” - Prezident
18.12.2021 16:17
Əvvəlcə, mən Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişellə görüşdüm. Bir saat ərzində biz geniş sahələri əhatə edən məsələləri müzakirə etdik. Əlbəttə, əsas diqqət münaqişədən, ötənilki müharibədən sonra yaranmış vəziyyətə yönəldilib”.

Anews.az xəbər verir ki, bunu Prezident İlham Əliyev İtaliyanın "İl Sole 24 Ore” qəzetinə müsahibəsi zamanı jurnalistin "Mənim ilk sualım Dağlıq Qarabağ məsələsi ilə bağlıdır. Dünən Siz maraqlı bir görüş keçirmisiniz. Səhv etmirəmsə, Sizin dünən Ermənistanın baş naziri və cənab Şarl Mişellə görüşünüz olub. Görüş necə keçdi və bizim bilməli olduğumuz hər hansı bir yenilik varmı?” sualına cavabında deyib.

"Əlbəttə, Avropa Komissiyasının səyləri Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına yönəldilib. Biz Avropa Komissiyasının və xüsusilə də cənab Mişelin səylərini yüksək qiymətləndiririk. O, bu ilin yayında Azərbaycanda və Ermənistanda səfərdə olmuşdu. Biz bu səfərdən sonra daim təmasda olmuşuq və o, vəziyyətin təfərrüatından xəbərdardır. Biz onun şəxsi iştirakına böyük dəyər veririk.
Günün sonunda bizim üçtərəfli görüşümüz oldu və həmin görüş dörd saatdan artıq çəkdi. Hesab edirəm ki, görüş olduqca səmərəli idi.
Hər iki tərəf əsasən İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlar, həmin reallıqlara uyğunlaşma və qonşu olaraq yaşamağı öyrənmək kimi məsələlərdə öz mövqeyini aydın şəkildə təqdim etdi. Əlbəttə, biz postmüharibə vəziyyətinin praktiki elementlərini, xüsusilə də kommunikasiyaların açılmasını müzakirə etdik.

Bu, ötən ilin noyabrında Rusiya Prezidenti, Ermənistanın baş naziri və mənim tərəfimdən imzalanmış üçtərəfli Bəyanatın mühüm hissəsidir”, - dövlət başçısı qeyd edib

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol