• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Moldova parlamentinin sədri ilə videoformatda görüşüb

İlham Əliyev Moldova parlamentinin sədri ilə videoformatda görüşüb
24.02.2022 11:02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də Moldova parlamentinin sədri İqor Qrosu ilə videoformatda görüşüb.

Prezident İlham Əliyev Moldova parlamenti sədrinin Azərbaycana səfəri çərçivəsində səmərəli görüşlərin keçirildiyini qeyd edib. Dövlət başçısı onun işğaldan azad edilmiş ərazilərə və Şuşa şəhərinə səfər etdiyini, Ermənistanın 30 illik işğal dövründə törətdiyi dağıntılarla, eyni zamanda, azad edilən ərazilərdə Azərbaycan tərəfindən qısa müddətdə görülən quruculuq işləri ilə yerində tanış olduğunu bildirib. Dövlət başçısı ötən ilin dekabrında Brüsseldə Moldova Prezidenti ilə görüşünü və bu yaxınlarda Moldovanın xarici işlər nazirinin Azərbaycana səfərini qeyd edərək əlaqələrimizin dinamik və intensiv xarakter daşıdığını məmnunluqla vurğulayıb. Bu kursun davam etdirilməsinin və əlaqələrimizin daha da gücləndirilməsinin vacibliyini qeyd edib.

Moldova parlamentinin sədri İqor Qrosu Azərbaycanda olmağından məmnunluğunu ifadə edərək səfər çərçivəsində Milli Məclisin sədri və digər rəsmi şəxslərlə səmərəli və məhsuldar görüşlər keçirdiyini bildirib. Ölkələrimizin daim bir-birinin ərazi bütövlüyünə və suverenliyinə dəstək verdiklərini qeyd edib. İqor Qrosu işğaldan azad olunmuş ərazilərə və Şuşa şəhərinə səfər etdiyini, oradakı vəziyyətlə yerindəcə tanış olduğunu bildirib. Moldova parlamentinin sədri ölkəsində yaşayan Azərbaycan diasporunun yerli cəmiyyətə çox yaxşı inteqrasiya etdiyini də diqqətə çatdırıb.

Görüşdə ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, enerji sahəsində əməkdaşlıq, beynəlxalq təşkilatlar, beynəlxalq parlamentlərarası təsisatlarda birgə fəaliyyət və digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
 
*****

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də Moldova parlamentinin sədri İqor Qrosu ilə videoformatda görüşüb.

Bu barədə AZƏRTAC məlumat yayıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol