• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Ordusunda yarış keçirildi

Azərbaycan Ordusunda yarış keçirildi
24.02.2022 20:30
Müdafiə nazirinin Azərbaycan Ordusunda idman yarışlarının keçirilməsi barədə əmrinə əsasən, Quru Qoşunlarının 2022-ci il hazırlıq planına uyğun olaraq daşqaldırma birinciliyi keçirilib.
 
Müdafiə Nazirliyindən verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
 
71 nəfər hərbi qulluqçunun iştirak etdiyi yarışlarda birdən və təkanla qaldırma üzrə 6 çəki dərəcəsində mübarizə aparılıb.
 
Finala çıxan əsgər Samir Muradov (60 kq), kiçik çavuş Şamo Ələsgərov (65 kq), çavuş Nurlan Salamzadə (70 kq), baş çavuş Abdulla Abdullayev (80 kq), əsgər Niyal Əzimov (90 kq) və gizir Sahib Nəsibov (90 kq-dan artıq) şəxsi hesabda birinci yerə layiq görülüblər.
 
Daşqaldırma birinciliyində iştirak edən 15 heyətdən "Beyləqan”, "Kəlbəcər” və "Bərdə” komandaları ümumi nəticələrə görə müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərdə qərarlaşıblar.
 
Yarışların sonunda qaliblərə fəxri fərman, diplom və kuboklar təqdim edilib.










www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol