• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanda 300-dək müşahidə kamerasına girişi ələ keçirib

Ermənistanda 300-dək müşahidə kamerasına girişi ələ keçirib
29.03.2022 11:06
Azərbaycanın təhlükəsizlik orqanlarının əməkdaşları Vətən müharibəsi dövründə Ermənistanda, təxminən, 300-dək müşahidə kamerasına girişi ələ keçirib. Bu barədə İctimai televiziyanın efirində yayımlanan "Görünməyən qəhrəmanlar - DTX" adlı sənədli filmdə səsləndirilib.

"Ermənistan internet mühitini bağlamışdı və əhalisini inandırmağa çalışırdı ki, Azərbaycan təcavüzkar dövlətdir. Ona görə də biz tədbir görməyə məcbur qaldıq. Ermənistanda, təxminən, 300-dək müşahidə kameralarını ələ keçirdik", - filmdə bildirilib.

"Torpaqlarımız işğaldan azad edildikcə, bu məlumatlar şəffaflıqla Azərbaycan mətbuatında var idi. Amma bu, Ermənistan mətbuatında yox idi. Ermənistan əhalisi elə bilirdi ki, o torpaqlar heç də işğaldan azad olunmayıb. Onların gözündə hər şey qaydasında olduğu kimi görünürdü. Biz məcbur qaldıq ki, Ermənistan ictimaiyyətinə, xüsusilə valideynlərə həqiqəti çatdıraq. Onlara bir yaxşılıq etməyi düşündük və beləliklə, 300-dən çox kamera vasitəsilə erməni dilində mətn səsləndirdik. Bununla da on minlərlə əhaliyə mesaj çatdırmış olduq ki, övladlarınızı göndərməyin. Cəbrayıl, Füzuli istiqamətində digər uğurlu əməliyyatlarımız barədə onları məlumatlandırdıq və həqiqətləri dedik. Eyni zamanda itkilərinin sayı barədə onları məlumatlandırdıq. Azərbaycanın bütün beynəlxalq sənədlərlə tanınmış torpaqlarını işğaldan azad etməkdə haqqı var və torpaqlar artıq işğaldan azad olunub. Hətta biz bu mesajların az olduğunu düşünürək internet səhifəsi hazırladıq. Bəlkə də Ermənistanda 50 minədək mənzillərin, ofislərin internet trafikini buraya yönəltdik", - filmdə qeyd olunub.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol