• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və Ermənistanın parlament sədrləri arasında mübahisə düşüb

Azərbaycan və Ermənistanın parlament sədrləri arasında mübahisə düşüb
29.03.2022 13:39
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova və Alen Simonyan arasında mübahisə yaşanıb.

"Anews.az” RİA Novosti-yə istinadən xəbər verir ki, mübahisə Qazaxıstanın Almatı şəhərində MDB-nin üzvü olan dövlətlərin Parlamentlərarası Assambleya Şurasının iclasında Qarabağda baş verən son hadisələrə görə düşüb.

Ermənistan parlamentinin sədri Alen Simonyan çıxışında deyib ki, guya Azərbaycan tərəfi atəşkəs rejimini pozub. Öz növbəsində Milli Məclisin sədri Sahibə Qafarova iclasın yekun hissəsində söz alaraq rəsmi Bakının mövqeyini açıqlayıb.
 
"Azərbaycan tərəfindən guya atəşkəs rejiminin pozulması barədə məlumat həqiqəti əks etdirmir... Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri Azərbaycanın suveren ərazisinə daxil olub, Azərbaycan Ordusunun birləşmələrinə qarşı növbəti təxribat həyata keçirməyə cəhd edib və nəticədə bizim Silahlı Qüvvələrimizin fəaliyyəti nəticəsində onlar geri çəkilməyə məcbur olublar”, o bildirib. 

O, həmçinin deyib ki, Azərbaycan 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanata sadiqdir və bəyanatın müddəalarını Azərbaycan deyil, Ermənistan pozur. Sahibə Qafarova eyni zamanda, erməni ordusunun qalıqlarının və qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən tamamilə çıxarılmasını tələb edib. O qeyd edib ki, Azərbaycan üçtərəfli bəyanata uyğun olaraq bütün hərbi əsirləri Ermənistana təhvil verib. Onun sözlərinə görə, bəyanatı imzaladıqdan sonra Azərbaycan ərazisinə daxil olan Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçuları Cenevrə Konvensiyasına uyğun olaraq hərbi əsir kimi tanınmır və cinayət məsuliyyətinə cəlb olunurlar.

Bu bəyanatlara cavab olaraq Ermənistan parlamentinin sədri Alen Simonyan iddia edib ki, pozuntular təkcə Ermənistan tərəfindən deyil, həm də bu ərazidə qarantı olan Rusiya tərəfindən qeydə alınıb.
 
"Bir daha demək istəyirəm: Ermənistan Azərbaycana sülh müqaviləsinin bağlanması ətrafında dərhal danışıqlara başlamağı təklif edir", - Alen Simonyan deyib.

Azərbaycan Milli Məclisinin rəhbəri cavabında bəyan edib ki, Bakı dəfələrlə İrəvana erməni tərəfinə çox yaxşı məlum olan beş bəndi nəzərə alaraq sülh müqaviləsi imzalamağı təklif edib.

 "Mən rəsmən bəyan edirəm ki, Ermənistan üçün bu beş məqam məqbuldur və hesab edirik ki, bəzi aspektləri əlavə etsək, bu işi həyata keçirməyə başlaya bilərik”, - Simonyan müzakirəni yekunlaşdırıb.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol