• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya-Ukrayna danışıqlarının DETALLARI

Rusiya-Ukrayna danışıqlarının DETALLARI
29.03.2022 16:36
Rusiya və Ukrayna arasında danışıqlar konstruktiv keçib. Bunu İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarında Rusiyanı təmsil edən nümayəndə heyətinin rəhbəri  Vladimir Medinski bildirib.
 
"Rusiya Ukraynanın təkliflərini nəzərdən keçirəcək, bu barədə Putinə məlumat veriləcək",  -  o söyləyib.
 
O qeyd edib ki, Putinlə Zelenskinin görüşü Rusiya və Ukrayna arasında XİN səviyyəsində sazişin paraflanması (ilkin imzalanması, - red) ilə eyni vaxtda mümkün ola bilər.
 
Ukrayna nümayəndə heyətinin üzvü David Araxamia isə təhlükəsizliyə zəmanətlə bağlı Ukraynanın şərtlərini açıqlayıb. O həmçinin Ukraynanın hansı ölkələrin bu şərtlərin yerinə yetirilməsinə nəzarət etməsiniistədiyini də deyib.
 
Onun sözlərinə görə, Ukrayna müharibəni dayandırmağa imkan verən Təhlükəsizlik Zəmanəti Müqaviləsi ilə bağlı təkliflərini Rusiyaya təqdim edib. Ukrayna nümayəndə heyəti hesab edir ki, bu, Ukraynanın təhlükəsizliyinə qarant olacaq bütün tərəflərin  imzaladığı  beynəlxalq müqavilə olmalıdır.
 
Araxamiyanın sözlərinə görə, Ukrayna Böyük Britaniya, Çin, ABŞ, Türkiyə, Fransa, Kanada, İtaliya, Polşa və İsrailin təhlükəsizliyə qarant durmasını istəyir. Bu ölkələrdən bəziləri artıq razılığını verib.
 
Araxamiya bildirib ki, qarant ölkələrin qarşılıqlı əməkdaşlığını təmin edəcək effektiv mexanizm də  müqavilədə öz əksini tapmalıdır.
 
 " Əslində, bu, NATO Nizamnaməsinin 5-ci maddəsinə ("alyansın bir üzvünə hücum bütün alyansa hücuma bərabərdir", - red) oxşar ola bilər.  Əgər Ukraynaya qarşı müharibə, təcavüz və ya xüsusi əməliyyat başlanarsa, o zaman qarant ölkələr üç gün məsləhətləşmələr aparmalı, sonra isə qanuni olaraq Ukraynaya yardım göstərməyə borcludurlar.Amma bu təklif qəbul edilmədi . Biz onu Rusiya tərəfinə verdik. Onların cavabını gözləyəcəyik ”, - Araxamiya deyib.
 
Bəs Krım və Donbasın taleyi necə olacaq?
 
Tərəflər Krım və Donbass məsələlərini ayrıca müzakirə etmək barədə razılığa gəliblər. Ukrayna tərəfi belə bir sxem təklif edib.
 
- Krımın və Sevastopolun statusu ilə bağlı danışıqlar 15 il davam edəcək, tərəflər bu məsələnin həlli üçün silahlı üsullardan istifadə etməyəcək.
 
-  "DNR” və "LNR” adlanan qurumların statusu və taleyi ilə bağlı məsələ ayrıca bənddə yer alacaq, bu məsələ  iki ölkənin prezidentləri tərəfindən şəxsi görüşdə müzakirə olunacaq.
 
-  Ukrayna bir sıra ölkələrin aydın və ciddi təminatları olduğu halda qeyri-nüvə ölkəsi statusu və  hər hansı hərbi bloka daxil olmayan ölkə statusu ilə razılaşmağa hazırdır.
 

Sonuncu  bənd (bu barədə razılıq əldə olunarsa, - red) faktiki olaraq Ukrayna ərazisində xarici hərbi bazaların və hərbi kontingentlərin yerləşdirilməyəcəyini nəzərdə tutur. Ukrayna heç bir hərbi-siyasi ittifaqlara girməməyi öhdəsinə götürür. Ukrayna ərazisində beynəlxalq hərbi təlimlər yalnız qarant ölkələrin razılığı ilə keçirilə biləcək.
 
Ukrayna tərəfi bildirib ki, danışıqların növbəti raundu bu gün axşam keçiriləcək. Buna qədər Rusiya tərəfin danışıqların sabah davam edəcəyini bildirirdi. 
 
N.Təbrizli

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol