Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiyaya səfər edəcək. Bu barədə Trend agentliyi məlumat verib.
Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidmətnin yaydığı məlumatda bildirilib ki, Qriqoryan rusiyalı həmkarı Nikolay Patruşevin dəvəti ilə təhlükəsizlik məsələləri üzrə yüksək səviyyəli nümayəndələrin XI Beynəlxalq toplantısında iştirak edəcək.
Tədbir 23-25 may tarixlərində Moskvada keçiriləcək.