• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanımağa hazırdır - Paşinyan

Ermənistan Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanımağa hazırdır -  Paşinyan
22.05.2023 14:01
Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan əhalisinin təhlükəsizliyinin təmin edilməsi şərti ilə Azərbaycanın Dağlıq Qarabağ daxil ərazi bütövlüyünü tanıdığını bildirib.  O, bunu bazar ertəsi keçirdiyi mətbuat konfransında bəyan edib. Bu barədə Rusiyanın TASS xəbər agentliyi məlumat yayıb. 

"Ermənistan Azərbaycanın Ermənistanın 29,8 min kvadrat kilometr ərazi bütövlüyünü tanımağa hazır olmasından çıxış edərək öz növbəsində Azərbaycanın da 86,6 min kvadrat kilometrlik  ərazisini tanıyır. Azərbaycanın 86,6 min kvadrat kilometr ərazisinə Dağlıq Qarabağ da daxildir. Lakin onu da qeyd edək ki, Dağlıq Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi məsələsi Bakı-Stepanakert formatında müzakirə edilməlidir”, - Paşinyan bildirib. 

Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıması ilə bağlı razılığa 2023-cü il mayın 14-də Brüsseldə Avropa İttiifaqı Şurasının rəhbəri Şarl Mişelin iştirakı ilə keçirilən  görüş zamanı gəlib. 

Həmin görüşdən sonra  Mişek bildirib ki, liderlər 1991-ci il Alma-ata Bəyannaməsinə uyğun olaraq  bir-birinin ərazi bütövlüyünü tanımaq barədə razılığa gəliblər.

"Sərhəd məsələlərində biz sərhədlərin delimitasiyası ilə bağlı irəliləyişləri və növbəti addımları nəzərdən keçirdik. Bu çərçivədə liderlər sərhəd məsələlərinə dair ikitərəfli görüşləri bərpa etmək barədə razılığa gəliblər. Liderlər 1991-ci il Alma-ata Bəyannaməsinə və Ermənistanın (29,800 km2) və Azərbaycanın (89,600 km2) müvafiq ərazi bütövlüyünə qeyd-şərtsiz sadiq olduqlarını bir daha təsdiq etdilər. Sərhədin yekun delimitasiyası danışıqlar yolu ilə razılaşdırılacaq", -  Mişel bildirib.

Alma-ata bəyannaməsi Müstəqil DÖvlətlər Birliyinin (MDB) məqsəd və prinsipləri, əsasları barədə olub, SSRİ-nin mövcudluğunu dayandırdığına işarə edən və MDB-nin yaradlmasını nəzərdə tutan sənəddir. 

Bu sənəd 1991-ci il dekabrın 21-də  qəbul edilib.

 
Ayişə Zahid


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol