Ceyhun Bayramov Ermənistanın humanitar vəziyyətlə bağlı manipulyasiyası barədə BMT Baş katibini məlumatlandırıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Baş katibi Antoniu Quterrişə məktub göndərib, onu Ermənistanın humanitar vəziyyətlə bağlı manipulyasiyası barədə məlumatlandırıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə tviter səhifəsində yazıb.
Məktubda bildirilir ki, Azərbaycan Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) yardımı ilə Azərbaycanın Qarabağ bölgəsinin erməniəsilli sakinlərinin Laçın sərhəd-keçid məntəqəsindən sərbəst keçməsini təmin edir və bu keçid məntəqəsindən hər gün orta hesabla 25-30 nəfər keçir.
Azərbaycan paralel olaraq Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin humanitar ehtiyaclarını ödəmək üçün Ağdam-Xankəndi marşrutundan istifadə etməyi təklif edib və bunun üçün bütün lazımi şəraiti təmin etməyə hazır olduğunu bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 13:03
Ceyhun Bayramov: Azərbaycanın ATƏT-ə sədrlik etməsi ilə bağlı təklifə müsbət yanaşırıq

Siyasət 12:59
Estoniya Azərbaycanla rəqəmsallaşma, süni intellekt və müdafiə sənayesi sahələrində əməkdaşlıqda maraqlıdır

Siyasət 12:55
Marqus Tsaxna: Estoniya Azərbaycan-Ermənistan normallaşma prosesinin regionda yeni perspektivlər açdığını düşünür




















