• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir Serbiyaya səfərə gedib- GÖZLƏNTİLƏR

Nazir Serbiyaya səfərə gedib- GÖZLƏNTİLƏR
07.11.2023 13:46
Xarici işlər naziri Ceyhun Bayramov Serbiyaya səfərə gedib. Bu barədə XİN-dən məlumat verilib.
 
Səfər çərçivəsində Bayramovun Serbiya xarici işlər naziri İvitsa Daçiç və digər yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi planlaşdırılır.
 
Siyasi məsələlər üzrə ekspert Tural İsmayılov bildirir ki, Azərbaycanla Serbiya arasında həm iqtisadi, həm də siyasi münasibətlər mövcuddur.

"Azərbaycanla Serbiyanın çox yaxşı münasibətləri mövcuddur. Özəlliklə Serbiya Prezidenti ilə Azərbaycan Prezidenti arasındakı əlaqələr kifayət qədər yüksək səviyyədədir. Bu gün bütövlükdə Azərbaycanın mərkəzi və Şərqi Avropada kifayət qədər köklü mövqeyləri var. Özəlliklə də ölkəmizin Avropa ittifaqının üçdə birinin təhlükəsizliyində vacib rolu oynamağı Azərbaycanın iqtisadi münasibətlər sistemində bu ölkələr üçün vacib bir nöqtəyə gəlməsi Serbiya Azərbaycan münasibətlərini daimi edir. Son bir neçə il ərzində də dəfələrlə Azərbaycan Prezidentinin Serbiyaya səfəri olub, eyni zamanda Serbiya prezidentinin Azərbaycana səfərləri olub. Bu kontekstdə də Ceyhun Bayramovun Serbiyaya səfərinin müstəsna əhəmiyyəti var. Azərbaycanla Serbiya arasında enerji məhsullarının mübadiləsi var.  Eyni zamanda bu görüş Azərbaycanla Serbiya arasında siyasi münasibətlərin daha da dərinləşməsinə gətirib çıxaracaq. Hazırda Serbiyanin tutduğu mövqe, özəlliklə də Serbiyanin Kosova məsələsi ilə bağlı beynəlxalq münasibətlər sistemində müəyyən qədər müzakirələr ola bilər. Bayramovun Serbiya səfəri təkcə iki ölkə baxımından deyil, bütövlükdə Azərbaycan mərkəzi, Şərqi Avropa münasibətləri baxımından vacib əhəmiyyətə malikdir. 
 
Azərbaycanla  Serbiya arasında diplomatik münasibətlər 1997-ci il avqustun 21-də qurulub.

İki ölkə arasında ümumilikdə 44 sənəd imzalanıb. Bu sənədlər arasında 2013-cü ildə imzalanmış Dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə və 2018-ci ildə imzalanmış Strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı xüsusi əhəmiyyət daşıyır.
 
2021-ci ildə Serbiya Azərbaycanın 71-ci xarici ticarət tərəfdaşı olub. Ötən il ölkələr arasında ticarət dövriyyəsinin həcmi 9,23 milyon dollar, o cümlədən idxalın həcmi 8,04 milyon, ixracın həcmi isə 1,19 milyon ABŞ dolları təşkil edib.


2020-ci illə müqayisədə ötən il Serbiya ilə ticarət dövriyyəsi 1,9 faiz, o cümlədən idxal 2,27 faiz artıb, ixrac isə 0,53 faiz azalıb.


2022-ci ilin yanvar-oktyabrında  Serbiya Azərbaycanın 68-cı xarici ticarət tərəfdaşı olub. Ölkələr arasında ticarət dövriyyəsinin həcmi 9,84 milyon dollar, o cümlədən idxalın həcmi 8,10 milyon dollar, ixracın həcmi 1,74 milyon dollar təşkil edib.

Azərbaycanda tikinti və xidmət sahələrində fəaliyyət göstərən Serbiya investisiyalı 4 şirkət qeydiyyatdan keçib. Azərbaycanın isə "AzVirt” şirkəti Serbiyada yol infrastrukturu layihələri həyata keçirir. Belqradda Serbiya-Azərbaycan Ticarət Palatası fəaliyyət göstərir.

İki ölkə arasında 2018-ci il aprelin 26-da Belqrad Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi, mayın 22-də isə Azərbaycan Dillər Universitetində "Serb dili və Mədəniyyəti Mərkəzi” açılıb.

2020-ci ilin mayında Prezident İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Hökuməti adından COVID-19 pandemiyası ilə mübarizəyə dəstək məqsədilə Serbiya Respublikasına 400 min manat dəyərində humanitar yardım göndərilib.
 
Aytac Zeynalova

 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol