• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanla İordaniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanla İordaniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə edilib
08.02.2024 20:31
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İordaniya Haşimilər Krallığının Nümayəndələr Palatasının birinci vitse-spikeri Əbdürrəhim Əl-Maayah və İordaniya Senatı sədrinin köməkçisi, İordaniya-Azərbaycan Qardaşlıq Komitəsinin rəhbəri Müflih Ər-Rəhimini qəbul edib.

Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Görüşdə Azərbaycan və İordaniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq, Prezident seçkilərini müşahidə məsələləri, habelə regional inkişaflar müzakirə edilib.

İki ölkə liderləri arasında yüksək səviyyəli əlaqələrin, qarşılıqlı səfərlərin dinamikasında müşahidə olunan artımın əlaqələrin daha da inkişafına təkan verdiyi qeyd olunub.

Münasibətlərin daha da inkişaf etdirilməsində xüsusilə parlament diplomatiyasının əhəmiyyətli rolunun olduğu vurğulanıb.
Diplomatik münasibətlərin əsasının qoyulmasından keçən 30 ildən artıq müddətdə ölkələrimiz arasında siyasi, iqtisadi, ticarət, turizm, təhsil və s. sahələr üzrə faydalı ikitərəfli əməkdaşlığın, habelə regional və beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və s. çoxtərəfli platformalar çərçivəsində qarşılıqlı dostluq və həmrəyliyə əsaslanan dəstəyin nümayiş etdirilməsinin təqdirəlayiq olduğu diqqətə çatdırılıb. Əməkdaşlığın inkişaf perspektivlərinin müzakirəsi baxımından siyasi məsləhətləşmələr mexanizminin və Azərbaycan Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın əhəmiyyəti qeyd olunub.

Ceyhun Bayramov cari ildə ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı görülən təşkilati tədbirlər barədə qarşı tərəfə məlumat verib, bu olduqca əlamətdar tədbirin əməkdaşlığın inkişafı üçün əlavə imkan yaradacağına əminlik ifadə olunub.
Müqabil tərəf, növbədənkənar Prezident seçkilərinin uğurlu təşkili, habelə nəticələri ilə bağlı təbriklərini çatdırıb, ölkəmizə və xalqımıza davamlı inkişaf və rifah arzu edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol