• $
  • £

Latviyada məktəb dərsliyində Qarabağ təxribatı

Latviyada məktəb dərsliyində Qarabağ təxribatı
29.05.2020 00:59
Azərbaycanın Latviyadakı səfirliyi bu ölkənin orta məktəb üçün nəzərdə tutulan “Yeni dünya coğrafiyası” dərsliyində Azərbaycanın ərazi bütövlüyü məsələsində yol verilən nöqsanları araşdırır.Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalov APA-ya açıqlamasında deyib ki, səfirlik bu məsələ ilə çox ciddi məşğuldur:“Fikir versəniz, dərsliklə yazılıb ki, “Dağlıq Qarabağ Respublikası” Azərbaycanın tərkibində olan bir respublikadır, üstəlik Stepanakert sözünün yanında Xankəndi yazılıb, küncdə də Azərbaycanın kiçik bayrağı yerləşdirilib. Amma bu bizi qane etmir, çünki orada dünya tərəfindən tanınmayan rejimin bayrağı göstərilib. Bununla bağlı biz gürcülər və moldovalılarla birgə iş aparırıq, çünki dərslikdə Abxaziya, Cənubi Osetiya və Dnestryanı ərazi də bu cür təqdim olunub”.E.Zeynalov bildirib ki, dərslikdə yol verilən nöqsan Latviyanın rəsmi mövqeyini ifadə etmir:“Bir neçə il əvvəl Latviyada xəritə nəşr olunub və yenə belə bir nöqsana yol verilib. Amma o zaman da bildirilib ki, bu, Latviyanın mövqeyini əks etdirmir, Azərbaycan ərazi bütövlüyü Latviya tərəfindən dəstəklənir və dəstəklənəcək”.Latviyanın Azərbaycandakı səfirliyi isə bu məsələni hələlik şərh etməyib.Qeyd edək ki, Latviyanın orta məktəblər üçün nəzərdə tutulan “Yeni dünya coğrafiyası” dərsliyində Azərbaycanın işğal altındakı əraziləri Azərbaycanın tərkibində olan “Dağlıq Qarabağ Respublikası” kimi təqdim olunub və orada yaradılan qondarma rejimin bayrağı yerləşdirilib. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident fərman imzalayıb
Siyasət 13:36
Prezident fərman imzalayıb
Azərbaycan XİN mina partlayışları ilə bağlı paylaşım edib
Siyasət 22:02
Azərbaycan XİN mina partlayışları ilə bağlı paylaşım edib
Paşinyan: yaxın vaxtlarda Ermənistandan Azərbaycana ixrac başlayacaq
Siyasət 13:05
Paşinyan: yaxın vaxtlarda Ermənistandan Azərbaycana ixrac başlayacaq

Prezident İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Siyasət 12:38
Prezident İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Prezident Naxçıvan yolları ilə bağlı sərəncam imzalayıb
Siyasət 10:21
Prezident Naxçıvan yolları ilə bağlı sərəncam imzalayıb
Prezident sərəncam imzalayıb
Siyasət 10:12
Prezident sərəncam imzalayıb
İlham Əliyev Naxçıvan üçün yeni Sərəncam imzalayacağını açıqlayıb
Siyasət 23:00
İlham Əliyev Naxçıvan üçün yeni Sərəncam imzalayacağını açıqlayıb
Prezidentin sosial media hesablarında Naxçıvan səfəri ilə bağlı videoçarx paylaşılıb
Siyasət 22:58
Prezidentin sosial media hesablarında Naxçıvan səfəri ilə bağlı videoçarx paylaşılıb
İlham Əliyev Zəngəzur dəhlizinin regional əhəmiyyətini açıqlayıb
Siyasət 22:37
İlham Əliyev Zəngəzur dəhlizinin regional əhəmiyyətini açıqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol