• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyevə “Caspian Energy” jurnalı təqdim edilib

İlham Əliyevə “Caspian Energy” jurnalı təqdim edilib
04.06.2024 20:36
Bu gün Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power” sərgilərinin açılış mərasimində "Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev Azərbaycan Prezidenti İlham Əliyevə "Caspian Energy” jurnalının yubiley nüsxəsini təqdim edib.

AZƏRTAC xəbər verir ki, ölkə başçısına şirkətin və "Caspian Energy International Media Group”un fəaliyyəti və gələcək planları barədə məlumat verilib.

"Eyni zamanda, sentyabr ayında işıq üzü görəcək "Əsrin müqaviləsi”nə həsr edilmiş növbəti buraxılış haqda məlumat çatdırılıb. Bu il "Caspian Energy International Media Group” üçün xüsusi önəm daşıyan tarixdir. "Caspian Energy” brendinin 25-ci ildönümüdür. Məhz 25 il öncə 1999-cu ildə "Caspian Energy” jurnalının ilk buraxılışı işıq üzü görüb.
 
İldönümümüz ərəfəsində Prezident İlham Əliyevə "Caspian Energy” jurnalının yeni nüsxəsini təqdim etmək bizim üçün çox önəmlidir. Ümidvarıq ki, juranlda dərc edilmiş məqalə və müsahibələr Prezidentin diqqətini cəlb edərək marağına səbəb olacaq”, - deyə "Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev vurğulayıb.

O həmçinin əlavə edib ki, "Caspian Energy” jurnalının 120-ci buraxılışında OPEC-in Baş katibi Haysam Əl-Qaysın, İrlandiyanın ətraf mühit, iqlim, rabitə və nəqliyyat naziri İmon Rayanın, Avstriyanın iqlim fəaliyyəti, ətraf mühit, enerji, mobillik, innovasiya və texnologiyalar üzrə federal naziri Leonora Gevesslerin, Latviyanın iqlim və enerji naziri Kaspars Melnisin müsahibələri və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının məqaləsi dərc olunub.

"Caspian Energy” jurnalı dünyanın 70 ölkəsində oxunur. Jurnalın hər nömrəsində MDB və Aİ ölkələrinin prezidentləri və baş nazirləri, habelə iri transmilli şirkətlərin başçıları ilə müsahibələri, aparıcı ekspertlərin şərhləri və analitik materialları dərc olunur.

Müxtəlif hesablamalara görə, "Caspian Energy” jurnalı Xəzər-Qara dəniz və Baltik regionlarının beş aparıcı nəşri sırasındadır. Jurnal həmin regionlarda öz fəaliyyətini müəyyənləşdirmək istəyən bir çox sərmayədarlar üçün oriyentirdir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Siyasət 14:30
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Azərbaycanla İtaliyanın ticarət dövriyyəsi doqquz ayda 9 milyard dolları ötüb
Siyasət 14:06
Azərbaycanla İtaliyanın ticarət dövriyyəsi doqquz ayda 9 milyard dolları ötüb
Bayramovun italiyanlı həmkarı ilə görüşü başlayıb
Siyasət 13:36
Bayramovun italiyanlı həmkarı ilə görüşü başlayıb
Əliyev İtaliya XİN rəhbərini qəbul edib
Siyasət 12:13
Əliyev İtaliya XİN rəhbərini qəbul edib
Baş nazirdən əlilliyin qiymətləndirilməsi ilə bağlı - Dəyişiklik
Siyasət 11:58
Baş nazirdən əlilliyin qiymətləndirilməsi ilə bağlı - Dəyişiklik
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol