• $
  • £

Hacıyev: Nikol Paşinyan Minsk qrupunun ləğvi ilə bağlı təhriflərə yol verib

Hacıyev: Nikol Paşinyan Minsk qrupunun ləğvi ilə bağlı təhriflərə yol verib
01.09.2024 13:45
Ermənistan baş nazirinin Minsk qrupunun ləğvi məsələsi ilə bağlı şərhində yenə də yalana və təhriflərə yol verib.

Musavat.com-un Azərtac-a istinadən verdiyi xəbərə əsasən, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, Minsk qrupunun ləğv edilməsinin vaxtı çoxdan yetişib, belə bir təsisata heç bir lüzum yoxdur.

"Ermənistanın bu təsisatı gündəmdə saxlaması və bu istiqamətlə səylərini davam etdirməsi ona dəlalət edir ki, İrəvan münaqişənin bitməməsi təəssüratını yaradaraq Qərbdə onu dəstəkləyən tərəfdarları ilə müəyyən təsir vasitəsini əlində saxlamağa cəhd göstərir”, - o bildirib. 

Paşinyanın Ermənistan ilə Azərbaycan konstitusiyalarının müqayisəsi ilə bağlı fikirlərinə də toxunan Prezidentin köməkçisi deyib ki, Ermənistan konstitusiyasında müstəqillik haqqında akta uyğun olaraq Azərbaycana qarşı ərazi iddiaları, yəni, Qarabağın Ermənistana birləşdirilməsini ehtiva edən məqam hələ də qalmaqdadır.

"O müddəanı dəyişdirilməyincə iki dövlət arasında sülh müqaviləsinin əldə olunmasında ciddi problemlər görürük. Ermənistan cəmiyyəti özü də konstitusiyanı dəyişdirərək məhz o müddəanı, o istinadı oradan götürərək sülh şəraitində yaşamaq istəyini bir daha təsbit etməlidir. Amma Azərbaycan Konstitusiyasında heç bir dövlətə qarşı ərazi iddiaları olmayıb və bu, Azərbaycan xalqının haqlı iradəsini əks etdirən bir sənəddir. Bu müqayisəni də biz yalnız söz oyunu kimi dəyərləndiririk”, - Hacıyev deyib.

O, Ermənistanın baş nazirinə bu kimi söz oyunlarındansa, real sülh gündəliyinin irəli aparılması, məhz region dövlətlərinin iştirakı ilə sülh gündəliyinin dəstəklənməsi istiqamətində addımlar atılmasını tövsiyə edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Elçin Əmirbəyov və Jiri Brodski Cənubi Qafqazda təhlükəsizliyi müzakirə ediblər
Siyasət 23:23
Elçin Əmirbəyov və Jiri Brodski Cənubi Qafqazda təhlükəsizliyi müzakirə ediblər
Ceyhun Bayramov Mixail Qaluzin ilə görüşüb
Siyasət 18:25
Ceyhun Bayramov Mixail Qaluzin ilə görüşüb
Prezident yeni səfirləri qəbul edib
Siyasət 14:30
Prezident yeni səfirləri qəbul edib
AQEM-in Azərbaycanda keçiriləcək sammitinə hazırlıqlar müzakirə olunub
Siyasət 19:30
AQEM-in Azərbaycanda keçiriləcək sammitinə hazırlıqlar müzakirə olunub
Baş prokuror Çinə rəsmi səfərə gedib
Siyasət 16:05
Baş prokuror Çinə rəsmi səfərə gedib
Elçin Əmirbəyov Türkiyəyə səfər edəcək
Siyasət 11:29
Elçin Əmirbəyov Türkiyəyə səfər edəcək
Azərbaycanın İrandakı Səfirliyi fəaliyyətini bərpa edib
Siyasət 16:32
Azərbaycanın İrandakı Səfirliyi fəaliyyətini bərpa edib
Hikmət Hacıyev Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşüb
Siyasət 14:56
Hikmət Hacıyev Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşüb
Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşüb
Siyasət 21:52
Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol