• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Seçici fəallığı nə qədər olub? - REPORTAJ

Seçici fəallığı nə qədər olub? - REPORTAJ
01.09.2024 17:23
Maştağa qəsəbəsində 28  saylı seçki məntəqəsində seçici aktivliyi müşahidə olunmayıb.  Bu barədə Anews.az müxbiri öz müşahidələrinə əsaslanaraq məlumat verib.
 
Maştağa qəsəbəsi 28 saylı seçki məntəqəsinin sədri İradə Oqtayzadə də seçicilərin az oldugunu və   gün ərzində  aktivliyin artacağına ümid etdiyini bildirib.  
Həmin ərazidə  səs verən Lütfiyyə Cəfərova deputatlığa namizəd Taleh Qurbanova səs verdiyini onun təhsil sahəsində işlər görəcəyini vəd etdiyini və onun fəaliyyətini dəstəklədiyini deyib.
 
 Maştağa qəsəbəsi 34 saylı seçki məntəqədə də seçici fəallığı az olub.
 
Sədr Elvira Mustafayeva seçicilərin aktivliyinin normal olduğunu, həmin  saatadək 70 ə yaxın seçicinin səsvermədə iştirak etdiyini bildirib. Həmin ərazidə seçicilərin fikrini öyrənmək üçün bir neçə seçici ilə sorğu keçirdik. Seçicilərin əksəriyyəti deputatlığa namizəd Eldar Quliyevi dəstəklədiklərini, ona səs verdiklərini qeyd ediblər.
 
Seçicilər həmçinin qeyd edib ki, deputatlığa namizəd Eldar Quliyevdən başqa seçicilərlə görüş keçirən olmayıb.
 
İnşaatçılar prospekti 45 ünvanda yerləşən 38-ci seçki məntəqəsində isə insanların fəallığı daha çox idi.
 
 
23 saylı Nəsimi Səbayel seçki dairəsinin 2 və 3 saylı  məntəqələrində isə seçki qutusu yarıya qədər dolu olsa da məntəqədə seçici yox idi.
 
Amma  2 saylı məntəqənin komissiya sədri Sevinc Budaqova seçici aktivliyinin normal olduğunu,məntəqə üzrə  1434 seçicinin olduğunu və onlara  1368 bülleten verildiyini bildirib.  

23 saylı seçki dairəsininin 3-cü məntəqəsinin komissiya sədri Aidə Quliyeva isə seçici sayının 1393 , verilən bülletenlərin sayının isə 1324 olduğunu deyib.  
Mərkəzi Seçki Komissiyasının saat 15.00-a olan məlumata  görə, seçici fəallığl 30% olub.  Ölkə üzrə cəmi seçicilərin sayı 6,4 milyon nəfərdir.
 
Aysun Qurbanzadə
 
 
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Aİ “missiyası” növbəti dəfə Azərbaycan sərhədində
Siyasət 22:32
Aİ “missiyası” növbəti dəfə Azərbaycan sərhədində
Bakı-Tiflis-Bakı qatar reysləri fəaliyyətə başlaya bilər
Siyasət 21:30
Bakı-Tiflis-Bakı qatar reysləri fəaliyyətə başlaya bilər
İsrailin İrana hücum etməsini istəyirlər -Pəzeşkiyan ABŞ-ı ittiham edir
Siyasət 20:34
İsrailin İrana hücum etməsini istəyirlər -Pəzeşkiyan ABŞ-ı ittiham edir
“Rus Evi”nin rəhbəri danışdı
Siyasət 17:29
“Rus Evi”nin rəhbəri danışdı
Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası keçiriləcək
Siyasət 15:13
Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası keçiriləcək
Ermənilər Avropa İttifaqına qoşulmaq qərarına gəlib
Siyasət 14:20
Ermənilər Avropa İttifaqına qoşulmaq qərarına gəlib
Qarabağda 3 min tələbənin peşə təhsili üzrə ödənişini dövlət ödəyəcək
Siyasət 14:13
Qarabağda 3 min tələbənin peşə təhsili üzrə ödənişini dövlət ödəyəcək
Azərbaycan və BƏƏ XİN-ləriarasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 13:07
Azərbaycan və BƏƏ XİN-ləriarasında siyasi məsləhətləşmələr keçirilib
Əliyev Somali prezidenti ilə təkbətək görüşüb
Siyasət 11:58
Əliyev Somali prezidenti ilə təkbətək görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol