• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Parlament seçkiləri milli qanunlara uyğun keçirilib - XİN sözçüsü

Parlament seçkiləri milli qanunlara uyğun keçirilib - XİN sözçüsü
03.09.2024 16:39
Senytabrın 1-də keçirilən növbədənkənar parlament seçkiləri Azərbaycan milli qanunlarına uyğun şəkildə keçirilib. Bunu Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə deyib.  
 
 
"Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stanonun bu cür subyektiv və qərəzli siyasi baxışı ATƏT DTİHB-nin Azərbaycandakı seçkilərlə bağlı mənfi münasibətini təkrarlayır və etibarsızdır. Seçkilər ölkənin Konstitusiyasına və milli qanunlarına tam uyğun şəkildə keçirilib", - XİN rəsmisi "X" hesabında bildirib. 
 
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stano rəsmi "X" hesabında Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini tənqid edib.
 
Bir gün əvvəl ATƏT-in  Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və ATƏT Parlament Assambleyası beynəlxalq müşahidəçilərinin sentyabrın 1-də Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin yekunlarına dair birgə bəyanatında bildirilib ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri seçicilərə siyasi alternativlər təklif etməyib və əsas azadlıqların və kütləvi informasiya vasitələrinin həddən artıq məhdudlaşdırılması şəraitində keçirilib.
 
Həmçinin Müsavat Partiyası azad və ədalətli olmayan, qeyri-demokratik, xalqın azad iradəsini əks etdirməyən seçkilər nəticəsində formalaşan Milli Məclisi legitim qanunverici orqan hesab etmir. 
 
Azərbaycanda növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün beynəlxalq missiyada  34 ölkədən 279 müşahidəçi olub. Müşahidəçilərin tərkibinə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun göndərdiyi 225 ekspert, eləcə də uzunmüddətli və qısamüddətli müşahidəçilər və ATƏT Parlament Assambleyasının 54 müşahidəçisi daxildir.
 
Gülnar 




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
DTX-nin hərbi qulluqçularının  maaşları 10% qaldırılıb
Siyasət 17:32
DTX-nin hərbi qulluqçularının maaşları 10% qaldırılıb
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Siyasət 14:52
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Siyasət 16:01
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Vaşinqton Qafqazda sabitliyi pozur   - Kreml
Siyasət 17:18
Vaşinqton Qafqazda sabitliyi pozur - Kreml
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Siyasət 13:16
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Siyasət 15:53
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol