• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Ermənistan Nazirlər Kabineti demarkasiya ilə bağlı əsasnaməni təsdiq edib

Ermənistan  Nazirlər Kabineti demarkasiya ilə bağlı əsasnaməni  təsdiq edib
05.09.2024 11:37
Ermənistan Respublikasının Nazirlər Kabineti sentyabrın 5-də keçirilən iclasında "Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında Dövlət Sərhədinin Demarkasiyası və Sərhəd Təhlükəsizliyi Komissiyasının birgə fəaliyyəti və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Dövlət Sərhədinin Demarkasiyası üzrə Dövlət Komissiyası” haqqında əsasnaməni təsdiq edib.  Bu barədə Ermənistan KİV yazıb. 

Hökumətin təsdiqini aldıqdan sonra onun parlamentdə ratifikasiyası proseduruna başlanacaq. Buna qədər isə  sənədin Ermənistan Respublikasının Konstitusiyasına uyğunluğunu müəyyən etmək üçün məsələyə Konstitusiya Məhkəməsində baxılacaqdır. 

Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin demarkasiyası üzrə komissiyaların bu il aprelin 19-da keçirilən 8-ci iclasının protokoluna əsasən, komissiyalar birgə fəaliyyətlə bağlı müddəaların razılaşdırılması üzrə işləri başa çatdırıblar.
 
Sənəd Azərbaycanda da təsdiqlənməlidir.

Avqustun 30-da sərhəd demarkasiyası komissiyaları birgə fəaliyyət haqqında əsasnamə imzalayıb və ölkədaxili prosedurların icrasına başlanıldığı elan edilib.
 
Azərbaycan Prezidenti İlham Əliyev daha əvvəl bildirib ki, sərhədlərin delimitasiyası və demarkasiyası prosesi heç bir ölkənin müdaxiləsi olmadan iki ölkə arasında razılaşdırma əsasında aparılır.

Aprelin 19-da Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib.
 
Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır.

Aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində ilk sərhəd dirəyi quraşdırılıb.
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
DTX-nin hərbi qulluqçularının  maaşları 10% qaldırılıb
Siyasət 17:32
DTX-nin hərbi qulluqçularının maaşları 10% qaldırılıb
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Siyasət 14:52
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Siyasət 16:01
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Vaşinqton Qafqazda sabitliyi pozur   - Kreml
Siyasət 17:18
Vaşinqton Qafqazda sabitliyi pozur - Kreml
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Siyasət 13:16
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Siyasət 15:53
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol