• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Respublikaçılar Trampın debatlarda çıxışından narazı qalıb

Respublikaçılar Trampın debatlarda çıxışından narazı qalıb
11.09.2024 16:09
ABŞ Konqresinin Nümayəndələr Palatasındakı respublikaçılar partiyanın prezidentliyə namizədi Donald Trampın Demokratlar partiyasından olan  rəqibi Kamala Harrisə qarşı ilk və bəlkə də yeganə debatdakı çıxışından narazı qalıb. Bu barədə The Hill nəşri yazıb.

90 dəqiqədən çox davam edən debat zamanı Harris bir neçə dəfə Trampı narahat edən  mövzulara toxunub. Bura respublikaçıların mitinqlərində izdihamın az olması, Trampış şəxsi sərvəti və dünya liderlərinin "ona gülməsi” kimi məsələlər daxil idi. Harris bu kimi məsələlərə toxunarkən dəfələrlə Trampın sözünü kəsə bilib.  Bu taktika  ilə Harris Trampı özündən çıxarmağa çalışıb  və bəzi respublikaçıların fikrincə, buna nail olub. 

"Mən sadəcə kədərlənirəm. Harris onu əzmək üçün hara vurmaq lazım olduğunu yaxşı bilirdi.  Onun ilk debatdan fərli olaraq daha az təmkinli olması ümumiyyətlə məyusedicidir. Yol bir az da daraldı və bu yaxşı hal deyil”, – Trampı dəstəkləyən Nümayəndələr Palatasında respublikaçılardan biri deyib.

Nümayəndələr Palatasının adının açıqlanmasını istəməyən ikinci bir respublikaçı nümayəndəsi, partiyada "çoxunun" Trampın bütün müzakirələr boyu öz mövqeyini yetərincə qabarda bilməməsindən  məyus olduğunu söyləyib.  Onun sözlərinə görə, Harris Trampı "təhrik etmək” vəzifəsinin öhdəsindən uğurla gəlib.

"Hələ çox qaçırılmış imkanlar var. Bu fəlakətli deyil, amma yaxşı da deyil”,  - üçüncü respublikaçı bildirib.

Nümayəndələr Palatasının başqa bir respublikaç üzvü  ABC News və Harrisiı tənqid atəşinə tutaraq, moderatorları Demokrat namizədin ifadələrinin doğruluğunu yoxlamadıqlarını və diqqəti yalnız Trampa yönəltdiklərini tənqid edib.  Lakin deputat Trampın "imkandan istifadə edə bilməməsindən”  kədərləndiyini də vurğulayıb.

Bu arada Nümayəndələr Palatasının Demokratlardan olan üzvləri  müsbət nəticə əldə etdiyi üçün Harrisi tərifləyib. 

Çərşənbə axşamı keçirilən debat  2024-cü ilin seçki  kampaniyasının əsas  hadislərindən biri idi.  Trump və Harris ilk dəfə şəxsən görüşüblər  və bu, iki namizəd arasında ilk birbaşa "şifahi döyüş" olub. 
 
Harrisin debat zamanı rəqibini əsəbləşdirmək cəhdləri  debatların diqqət çəkən məqamlardan biri olub. Tramp isə öz növbəsində güclü performans göstərdiyini bildirib.

N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Aİ “missiyası” növbəti dəfə Azərbaycan sərhədində
Siyasət 22:32
Aİ “missiyası” növbəti dəfə Azərbaycan sərhədində
Bakı-Tiflis-Bakı qatar reysləri fəaliyyətə başlaya bilər
Siyasət 21:30
Bakı-Tiflis-Bakı qatar reysləri fəaliyyətə başlaya bilər
İsrailin İrana hücum etməsini istəyirlər -Pəzeşkiyan ABŞ-ı ittiham edir
Siyasət 20:34
İsrailin İrana hücum etməsini istəyirlər -Pəzeşkiyan ABŞ-ı ittiham edir
“Rus Evi”nin rəhbəri danışdı
Siyasət 17:29
“Rus Evi”nin rəhbəri danışdı
Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası keçiriləcək
Siyasət 15:13
Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası keçiriləcək
Ermənilər Avropa İttifaqına qoşulmaq qərarına gəlib
Siyasət 14:20
Ermənilər Avropa İttifaqına qoşulmaq qərarına gəlib
Qarabağda 3 min tələbənin peşə təhsili üzrə ödənişini dövlət ödəyəcək
Siyasət 14:13
Qarabağda 3 min tələbənin peşə təhsili üzrə ödənişini dövlət ödəyəcək
Azərbaycan və BƏƏ XİN-ləriarasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 13:07
Azərbaycan və BƏƏ XİN-ləriarasında siyasi məsləhətləşmələr keçirilib
Əliyev Somali prezidenti ilə təkbətək görüşüb
Siyasət 11:58
Əliyev Somali prezidenti ilə təkbətək görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol