• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

İşğal dövründə Rusiyadan Ermənistana hərbi təyinatlı yüklər daşınıb - Qarabağda tapılan yeni faktlar

İşğal dövründə Rusiyadan Ermənistana hərbi təyinatlı yüklər daşınıb - Qarabağda tapılan yeni faktlar
25.01.2025 15:05

Ermənistan Silahlı Qüvvələri üçün xüsusi olaraq Rusiya Federasiyası ərazisində hazırlanan müxtəlif hərbi təyinatlı məhsulların Ermənistan Xarici İşlər Nazirliyinin diplomatik kanalları ilə daşınmasına dair faktiki sübutlar ortaya çıxıb.

APA-nın məlumatına görə, hərbi təyinatlı yüklər, müvafiq normativ qaydalara əsasən gömrük baxışından keçmədən, diplomatik yük adı altında Rusiyadan Ermənistana, ordan isə Azərbaycanın işğal altında olmuş ərazilərinə daşınıb.

Daşımalar Moskvanın Domodedovo aeroportundan "Domodedovo Karqo” QSC tərəfindən birbaşa Ermənistanın paytaxtı İrəvan şəhərinə icra olunub.

2023-cü ildə keçirilən lokal antiterror əməliyyatından sonra Xankəndi, Ağdərə və Xocalı şəhərlərində yerləşən Ermənistan Silahlı Qüvvələrinin işğalçı kontingentinə aid olan anbarlarda, sözügedən məhsulların qalıq hissəsi və ən əsası - yüklərin qablaşdırılması aşkar edilib.

Bağlamalarda yer almış məlumatlardan aydın olur ki, təkcə bir növ uniforma - qış gödəkcələrinin sayı 195 qutu kimi qeyd olunub.

Belə olan halda yükün geniş nomenklatura üzrə ümumi həcminin hansı miqdarda olduğunu düşünmək olar.

Təxmin olunur ki, Ermənistanın diplomatik kanallarından istifadə olunmaqla Azərbaycanın işğal altında olan ərazilərinə hərbi təyinatlı yüklər 2020-ci ilin yay aylarından (Tovuz döyüşlərindən sonra) etibarən 44 günlük müharibə zamanı və 09.11.2020-ci ildə bağlanan üçtərəfli atəşkəs bəyanatından sonra gətirilib.

Yəni, bu yüklər Qarabağda onlarla nəzarət-buraxılış məntəqəsi olan Rusiya Federasiyası Sülhməramlı Kontingentinin məsuliyyət zonasına daşınıb.

Onu da vurğulamaq lazımdır ki, diplomatik kanaldan istifadə Ermənistan Silahlı Qüvvələrinin işğalçı kontingentinin (qanunsuz silahlı birləşmələrin) təcili təminatı üçün istifadə olunub və Rusiya Federasiyası buna vasitəçilik edib.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Aİ “missiyası” növbəti dəfə Azərbaycan sərhədində
Siyasət 22:32
Aİ “missiyası” növbəti dəfə Azərbaycan sərhədində
Bakı-Tiflis-Bakı qatar reysləri fəaliyyətə başlaya bilər
Siyasət 21:30
Bakı-Tiflis-Bakı qatar reysləri fəaliyyətə başlaya bilər
İsrailin İrana hücum etməsini istəyirlər -Pəzeşkiyan ABŞ-ı ittiham edir
Siyasət 20:34
İsrailin İrana hücum etməsini istəyirlər -Pəzeşkiyan ABŞ-ı ittiham edir
“Rus Evi”nin rəhbəri danışdı
Siyasət 17:29
“Rus Evi”nin rəhbəri danışdı
Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası keçiriləcək
Siyasət 15:13
Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası keçiriləcək
Ermənilər Avropa İttifaqına qoşulmaq qərarına gəlib
Siyasət 14:20
Ermənilər Avropa İttifaqına qoşulmaq qərarına gəlib
Qarabağda 3 min tələbənin peşə təhsili üzrə ödənişini dövlət ödəyəcək
Siyasət 14:13
Qarabağda 3 min tələbənin peşə təhsili üzrə ödənişini dövlət ödəyəcək
Azərbaycan və BƏƏ XİN-ləriarasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 13:07
Azərbaycan və BƏƏ XİN-ləriarasında siyasi məsləhətləşmələr keçirilib
Əliyev Somali prezidenti ilə təkbətək görüşüb
Siyasət 11:58
Əliyev Somali prezidenti ilə təkbətək görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol