Ayaz Səfərov həbs qərarından apellyasiya şikayəti verib

Yekaterinburqda 2000-ci illərin əvvəllərində baş verən hadisələrlə bağlı saxlanılan azərbaycanlılardan biri Ayaz Səfərov barəsində qəbul edilən həbs qərarından apellyasiya şikayəti verib. Bu barədə Rusiya mediasına məhkəmə nümayəndələri məlumat veriblər.
Yekaterinburqun Leninski Rayon Məhkəməsi daha əvvəl Ayaz, Akif, Məzahir, Kamal və Bakir Səfərovlar, eləcə də Əhliman Gəncəyev, Şahin Lalayev və Əziz Abbasov barəsində həbs qətimkan tədbiri seçib.
Akif Səfərov da daha əvvəl məhkəmə qərarından şikayət verib. Məhkəmə Ayaz Səfərovun şikayətinin onun vəkili tərəfindən təqdim olunduğunu təsdiqləyib.
N.Təbrizli
Son xəbərlər
Daha çox 