• $ 1.7
  • € 2.0054
  • ₽ 0.021663
  • ₺ 0.0427
  • £ 2.3364

Əliyev Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoyub

Əliyev Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoyub
03.07.2025 12:57

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 3-də Xankəndi şəhərində Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoyub.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov dövlət başçısına layihə barədə məlumat veriblər.

Ağdam–Xankəndi dəmir yolu xəttinin uzunluğu 28 km, yan yollarla birlikdə isə 34,7 km olacaq. Layihə çərçivəsində 4 körpü, 5 yolötürücü, 3 piyada keçidi və digər infrastrukturun inşası nəzərdə tutulur. Dəmir yolu boyunca Əsgəran, Xocalı və Xankəndidə stansiyaların tikilməsi planlaşdırılır.

Tikintisi 2025–2026-cı illəri əhatə edəcək kompleksin ümumi sahəsi 6,4 hektar olacaq. Beşmərtəbəli bina dəmir yolu və avtovağzal hissələrindən ibarət olacaq. Gündəlik 800-1000 sərnişin dəmir yolu, 1000-1200 sərnişin isə avtovağzal vasitəsilə daşınacaq.

Ağdam–Xankəndi dəmir yolu ilk dəfə 1979-cu ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə inşa edilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-ın Azərbaycandakı yeni müvəqqəti işlər vəkili bu həftə Bakıya gələcək
Siyasət 17:12
ABŞ-ın Azərbaycandakı yeni müvəqqəti işlər vəkili bu həftə Bakıya gələcək
Prezident bir sıra açılışlarda iştirak edib - Yenilənib
Siyasət 14:54
Prezident bir sıra açılışlarda iştirak edib - Yenilənib
Səfir Azərbaycana dəstəyini ifadə edib
Siyasət 14:21
Səfir Azərbaycana dəstəyini ifadə edib
Prezident Xankəndində qəbul keçirib
Siyasət 14:12
Prezident Xankəndində qəbul keçirib
Əliyev Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoyub
Siyasət 12:57
Əliyev Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoyub
Azərbaycan Prezidenti Lukaşenkonu təbrik edib
Siyasət 12:33
Azərbaycan Prezidenti Lukaşenkonu təbrik edib
Bakı və Kiyev minatəmizləmə sahəsində əməkdaşlığı genişləndirir
Siyasət 12:11
Bakı və Kiyev minatəmizləmə sahəsində əməkdaşlığı genişləndirir
İsrail Prezidenti yeni səfiri Azərbaycana yola salmazdan əvvəl qəbul edib
Siyasət 12:01
İsrail Prezidenti yeni səfiri Azərbaycana yola salmazdan əvvəl qəbul edib
Prezident Qarabağda yolun açılışını edib
Siyasət 11:00
Prezident Qarabağda yolun açılışını edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol