• $
  • £

Əliyev Robert Fitso ilə təkbətək görüşüb - Yenilənib

Əliyev Robert Fitso ilə təkbətək görüşüb - Yenilənib
09.12.2025 18:10

Dekabrın 9-da Bratislavada İlham Əliyev ilə Robert Fitso arasında təkbətək görüş keçirilib.

Görüş zamanı tərəflər Azərbaycan-Slovakiya strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə ediblər. Slovakiya Baş nazirinin əvvəlki ildə Azərbaycana, hazırda isə Prezidentin Slovakiyaya səfərinin ikitərəfli əlaqələrin genişləndirilməsinə vacib töhfə verəcəyi vurğulanıb.

Siyasi münasibətlərin yüksək səviyyədə olduğu bildirilib və digər sahələrdə — iqtisadiyyat, bərpa, investisiya və.s əməkdaşlıq üçün geniş imkanların mövcudluğu qeyd edilib.

Fitso, eyni zamanda, Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasında son nailiyyətləri qeyd edərək Əliyevi təbrik edib. Prezident minnətdarlığını bildirərək regionda sülhün təminatı istiqamətində Azərbaycanın səylərini davam etdirəcəyini deyib.

Görüşdə, həmçinin, işğaldan azad edilmiş torpaqlarda Slovakiya şirkətlərinin iştirakı müzakirə olunub və bu sahədə iki ölkə arasında əməkdaşlığın gələcək perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

***

Dekabrın 9-da Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Baş naziri Robert Fitso ilə təkbətək görüşü olub.

Slovakiyanın Baş naziri dövlət başçısını qarşılayıb.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
İordaniya parlamentinin sədri Azərbaycana səfərə gəlib
Siyasət 17:22
İordaniya parlamentinin sədri Azərbaycana səfərə gəlib
Ceyhun Bayramovla Bəxtiyor Səidov Bakı və Daşkəndin strateji tərəfdaşlığını müzakirə ediblər
Siyasət 15:17
Ceyhun Bayramovla Bəxtiyor Səidov Bakı və Daşkəndin strateji tərəfdaşlığını müzakirə ediblər
Malayziya səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb
Siyasət 18:30
Malayziya səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb

Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilib
Siyasət 13:42
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilib
Spiker tələbələri parlament jurnalistikasına cəlb etməyi təklif edir
Siyasət 12:31
Spiker tələbələri parlament jurnalistikasına cəlb etməyi təklif edir

İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova "Dostluq" ordenini təqdim edib
Siyasət 12:20
İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova "Dostluq" ordenini təqdim edib
Deputat: Medianın iqtisadi dayanıqlılığı üçün yeni biznes modellərinə keçid vacibdir
Siyasət 12:17
Deputat: Medianın iqtisadi dayanıqlılığı üçün yeni biznes modellərinə keçid vacibdir
Peşəkar jurnalistikanın gücləndirilməsi zəruridir - deputat
Siyasət 12:08
Peşəkar jurnalistikanın gücləndirilməsi zəruridir - deputat
Prezidentin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Siyasət 22:50
Prezidentin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol