• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir müavini - insanlar ağır şəraitdə yaşayır

Nazir müavini - insanlar ağır şəraitdə yaşayır
21.05.2026 11:49

Suriyada milyonlarla insanın mənzil problemi ilə üzləşməsi fonunda hökumət “sıfır çadır” və gələcəkdə “sıfır düşərgə” hədəfi üzərində çalışır. Bunu Suriya Ərəb Respublikasının İctimai İşlər və Mənzil Nazirinin planlaşdırma və tədqiqatlar üzrə müavini Dr. İmad Həməd Əl-Məsri bildirib.

O, WUF13 çərçivəsində keçirilən “Böhranlardan sonrakı bərpa və yenidənqurma proseslərinin mərkəzində mənzil məsələsi” mövzusunda paneldə deyib ki, Suriyada 7,2 milyon daxili köçkün, 4,7 milyon qaçqın və yüz minlərlə dağıdılmış və ya zədələnmiş yaşayış vahidi mövcuddur.

Əl-Məsri bildirib ki, ölkənin şimalındakı düşərgələrdə milyonlarla insan ağır humanitar şəraitdə yaşayır.

“Hər çadır bir faciədir. İnsanlar yağış, istilər və ağır sosial şərait altında yaşayırlar,” - o qeyd edib.

Onun sözlərinə görə, hökumət milli mənzil strategiyası çərçivəsində sosial mənzil layihələri, köçkün ailələrin geri dönüşü və yaşayış məntəqələrinin bərpası istiqamətində fəaliyyət göstərir.

Əl-Məsri bildirib ki, hazırda təxminən 225 min ailənin təcili mənzil təminatına ehtiyacı var və əsas problemlərdən biri maliyyə çatışmazlığıdır.

O əlavə edib ki, Suriya yenidənqurma prosesində beynəlxalq donorların və təşkilatların daha geniş dəstəyinə ehtiyac duyur.

“Bu proses üçün çox böyük maliyyə lazımdır. Bizim dəstəyə ehtiyacımız var,”- nazir müavini vurğulayıb.

Gülnar Nazimqızı

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol