• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyhun Bayramov kanadalı həmkarı ilə telefon danışığı aparıb

Ceyhun Bayramov kanadalı həmkarı ilə telefon danışığı aparıb
02.06.2026 20:33

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Kanadanın xarici işlər naziri Anita Anand arasında telefon danışığı aparılıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, nazirlər Azərbaycan-Kanada münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivlərini, eləcə də qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə ediblər. 

Anita Anand Azərbaycanın Müstəqillik Günü münasibətilə təbriklərini çatdırıb və Ottavanın Bakı ilə əlaqələrin inkişafında maraqlı olduğunu bildirib. 

Ceyhun Bayramov təbrikə görə təşəkkür edərək, iki ölkə arasında siyasi dialoqun və müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi üçün potensialın mövcud olduğunu vurğulayıb.

Tərəflər yaşıl keçid, bərpa olunan enerji, informasiya-kommunikasiya texnologiyaları, enerji təhlükəsizliyi və digər istiqamətlərdə əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.

Telefon danışığında regiondakı vəziyyət, postmünaqişə dövrünün reallıqları, həmçinin Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi ətrafında fikir mübadiləsi aparılıb. Bayramov keçmiş münaqişənin tarixi və Azərbaycanın sülh və sabitliyin təmin olunmasına yönəlmiş səyləri barədə məlumat verib.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol