• $
  • €
  • ₽
  • ₺
  • £

Aİ səfiri: Gənclər öyrənmə və əməkdaşlıq arasında körpü rolunu oynayırlar

Aİ səfiri: Gənclər öyrənmə və əməkdaşlıq arasında körpü rolunu oynayırlar
05.06.2026 14:29

Həyata keçirilən müsabiqə və layihələr gənclərdə öyrənməyə marağın artırılmasına xidmət edir. Bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Mariyana Kuyundziç  Gəncədə “Avropa Şəhərciyi-2026” tədbiri çərçivəsində keçirilən "Aİ Gənclər Müsabiqəsi"ndə deyib.

Səfirin sözlərinə görə, Aİ gənclərin parlaq gələcək qurmasını dəstəkləyir və bu məqsədlə Azərbaycanın müxtəlif rayonlarında yay məktəbləri təşkil olunur.

“Bu tədbirlər vasitəsilə bir-birimizdən öyrənirik. Gənclər insanlar arasında öyrənmə və əməkdaşlıq üçün körpü yaradırlar”, – o qeyd edib.

Mariyana Kuyundziç əlavə edib ki, bu il Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın 30 illiyi qeyd olunur.

Səfir həmçinin xatırladıb ki, 2016-cı ildə Gəncə “Avropa Gənclər Paytaxtı” seçilib və bunu böyük qürur mənbəyi kimi dəyərləndirib.

Aytac Zeynalova

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol