• $
  • €
  • ₽
  • ₺
  • £

Kimsə dağıdıb Heydər Əliyev yenidən düzəldib - deputat

Kimsə dağıdıb Heydər Əliyev yenidən düzəldib - deputat
14.07.2026 12:16

Azərbaycan ən böyük itkilərini Heydər Əliyevin hakimiyyətdən kənarda olduğu dövrdə yaşayıb. Bunu Milli Məclisin deputatı Elşən Musayev parlamentdə çıxışı zamanı bildirib.

“Heydər Əliyev cəmi beş il müddətində vəzifədən kənarda qaldı və Azərbaycan da nə itirdisə, həmin dövrdə itirdi. Hərc-mərclik də onda başlandı, dövlətin üzərində toplanan problemlər də həmin dövrün nəticəsi idi”, – Musayev deyib.

Deputat bildirib ki, Heydər Əliyevin hakimiyyətə hər iki qayıdışı ölkənin ən ağır dövrlərinə təsadüf edib.

“Kimsə dağıdıb, Heydər Əliyev düzəldib. Kimsə yenidən dağıdıb, Heydər Əliyev yenidən düzəldib”, - o qeyd edib.

Musayevin sözlərinə görə, Heydər Əliyev siyasi fəaliyyəti boyunca müxtəlif təzyiq və təxribatlarla üzləşsə də, tarix onun roluna obyektiv qiymət verib.

“Kim nə deyirsə desin, zaman çox ədalətlidir. Heydər Əliyevi hədəf alanlar tarixdə qalmayıblar, Heydər Əliyev isə milyonların qəlbində özünə əbədilik taxt qurub”, - deputat bildirib.

Musayev 1990-cı illərdə Heydər Əliyevə dəstək verən siyasətçilərin xidmətlərinin də unudulmamalı olduğunu vurğulayıb.

“Heydər Əliyevin ən çətin günlərində ona dəstək olanların əməyini tarixin heç bir dönəmində unutmaq olmaz. Onlar Heydər Əliyevlə birlikdə Azərbaycan dövlətini qurdular, onun bu gününü və sabahını formalaşdırdılar”, – deputat deyib.

Gülnar Nazimqızı

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol