• $
  • £

Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb

Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
16.09.2026 18:09

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Pan-Afrika Parlamentinin prezidenti Fateh Butbiqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə Azərbaycan ilə Afrika ölkələri arasında əlaqələrin inkişafı, parlamentlərarası əməkdaşlıq və beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub.

Bayramov son illərdə Azərbaycan ilə Afrika ölkələri arasında münasibətlərin dinamik inkişaf etdiyini bildirib. O, qarşılıqlı səfərlərin, siyasi məsləhətləşmələrin və parlamentlərarası əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Nazir Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini qeyd edib və müxtəlif sahələrdə yeni əməkdaşlıq imkanlarının araşdırıldığını bildirib.

Bayramov Milli Məclis ilə Pan-Afrika Parlamenti arasında imzalanmış anlaşma memorandumunun əhəmiyyətini vurğulayıb. O, parlament diplomatiyasının inkişafı və parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıb.

Tərəflər Azərbaycanın beynəlxalq və regional platformalardakı fəaliyyəti, o cümlədən Qoşulmama Hərəkatına sədrliyi dövründə həyata keçirilən təşəbbüslər barədə fikir mübadiləsi aparıblar.

Nazir Azərbaycanın COVID-19 pandemiyası dövründə 80-dən çox ölkəyə maliyyə və humanitar yardım göstərdiyini, həmçinin inkişaf etməkdə olan ölkələrə dəstək istiqamətində həyata keçirilən təşəbbüslərdən danışıb.

Görüşdə Azərbaycanın COP29 sədrliyi çərçivəsində Afrika ölkələrinin iqlim maliyyəsinə çıxışının genişləndirilməsi istiqamətində görülən işlər də müzakirə olunub.

Ceyhun Bayramov Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunması, eləcə də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işləri barədə məlumat verib.

Tərəflər Azərbaycan ilə Afrika ölkələri arasında enerji, nəqliyyat, kənd təsərrüfatı, mədən sənayesi, təhsil və humanitar sahələrdə əməkdaşlıq perspektivlərini də müzakirə ediblər.

Fateh Butbiq Azərbaycanın Afrika qitəsi ilə əlaqələrin inkişafına verdiyi önəmi və parlament diplomatiyasının gücləndirilməsi istiqamətindəki təşəbbüslərini yüksək qiymətləndirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
Siyasət 18:09
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
Hikmət Hacıyev BƏƏ Prezidentinin müşaviri ilə görüşüb
Siyasət 00:38
Hikmət Hacıyev BƏƏ Prezidentinin müşaviri ilə görüşüb
Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçıların qəbuluna dair video paylaşılıb
Siyasət 23:11
Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçıların qəbuluna dair video paylaşılıb
Azərbaycan və Belarus müdafiə nazirləri Pekində görüşüb
Siyasət 18:08
Azərbaycan və Belarus müdafiə nazirləri Pekində görüşüb
İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
Siyasət 17:14
İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
Xırdalanda qumbara partlayışı nəticəsində 19 yaşlı qız ölüb
Siyasət 17:06
Xırdalanda qumbara partlayışı nəticəsində 19 yaşlı qız ölüb
Əliyev: Türk və İslam dünyasının birliyi sülh və sabitlik üçün mühümdür
Siyasət 16:34
Əliyev: Türk və İslam dünyasının birliyi sülh və sabitlik üçün mühümdür
Azərbaycan deputatları Rusiyada Dövlət Dumasına seçkiləri müşahidə edəcək
Siyasət 16:26
Azərbaycan deputatları Rusiyada Dövlət Dumasına seçkiləri müşahidə edəcək
Yardımlırayonunun İcra başçısı vəzifəsindən azad edilib
Siyasət 16:09
Yardımlırayonunun İcra başçısı vəzifəsindən azad edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol