• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır

İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
15.09.2026 17:14

Prezident İlham Əliyev Avropa Parlamentini sərt tənqid edərək qurumu “rüşvətxorlar yuvası” adlandırıb.

Dövlət başçısı bu barədə sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi, TDT-nin Müsəlman Dini İdarə Rəhbərləri Şurasının üzvləri və müşahidəçilərini, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarını və Qafqaz Xalqları Ali Dini Şurasının nümayəndə heyətini qəbul edərkən danışıb.

İlham Əliyev bildirib ki, Avropa Parlamentinin Ermənistanın Azərbaycana qarşı işğal siyasətinə münasibəti ikili standartların göstəricisidir.

“Avropa Parlamenti işğalçı Ermənistana hər zaman dəstək verib və bu gün də bu belədir”, - prezident deyib.

O qeyd edib ki, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə və yüz minlərlə azərbaycanlının öz torpaqlarından qovulmasına baxmayaraq, həmin dövrdə Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq edilməyib.

Prezident bildirib ki, Azərbaycan 2023-cü ilin sentyabrında Qarabağda separatçılığa son qoyduqdan dörd ay sonra Avropa Şurası Azərbaycana qarşı sanksiya tətbiq edib.

“Bax, onların əsl siması budur. Avropa Parlamenti rüşvətxorlar yuvasıdır. Bunu mən tam məsuliyyətlə deyirəm - rüşvətxorlar yuvasıdır Avropa Parlamenti”, - İlham Əliyev vurğulayıb.

O, həmçinin Avropa Parlamentinin keçmiş vitse-prezidenti Eva Kaylinin korrupsiya işi üzrə saxlanılmasına işarə edərək, qurumda bu məsələyə görə lazımi tədbirlərin görülmədiyini bildirib.

Prezident Avropa Parlamentində islamofob yanaşmaların olduğunu da qeyd edib və bu məsələnin diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol