• $
  • €
  • ₽
  • ₺
  • £

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri ilə görüşüb

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri ilə görüşüb
28.09.2026 21:28

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri çərçivəsində Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrlərinin görüşü keçirilib.

Görüşdə iqtisadi-ticarət, nəqliyyat-kommunikasiya və humanitar sahələrdə əməkdaşlığın vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər bu ilin fevralında Bakıda keçirilən Dövlət Komissiyasının 17-ci iclasının yekunları üzrə əldə olunmuş razılaşmaların, həmçinin imzalanmış Anlaşma Memorandumunda nəzərdə tutulan tədbirlərin icra vəziyyətini nəzərdən keçiriblər.

Şahin Mustafayev Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian arasında siyasi dialoqun və dostluq münasibətlərinin ikitərəfli əlaqələrin inkişafına töhfə verdiyini bildirib.

Görüşdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı və onun ötürücülük qabiliyyətinin artırılması məsələləri də müzakirə edilib.

Ağbənd–Kəlalə avtomobil körpüsünün tikintisinin başa çatdırılması qeyd olunub, sərhəd-keçid infrastrukturunun istifadəyə verilməsi ilə bağlı məsələlər nəzərdən keçirilib.

Bundan başqa, Astara yük terminalında işlərin tamamlanması və terminalın yükaşırma imkanlarının genişləndirilməsi ilə bağlı görülən tədbirlər müzakirə olunub.

Tərəflər Azərbaycan-İran əməkdaşlığının inkişaf etdirilməsi, Dövlət Komissiyasının 17-ci iclasında əldə edilmiş razılaşmaların icrasının davam etdirilməsi və birgə layihələrin həyata keçirilməsinin sürətləndirilməsi barədə razılığa gəliblər.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol