Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
Azərbaycanın Avstriyadakı səfiri Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidenti Aleksander Van der Bellənə təqdim edib.Bu barədə Azərbaycanın Avstriya və Sloveniyadakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.
Məlumata görə, Kamil Xasiyev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Aleksander Van der Bellənə çatdırıb.
Etimadnamənin təqdim edilməsi mərasimi Vyanadakı Hofburq sarayında keçirilib və Azərbaycan və Avstriyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Mərasim fəxri qarovulun keçidi ilə başa çatıb.