• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev MDB ölkələrinin kulinariya festivalını ziyarət edib

İlham Əliyev MDB ölkələrinin kulinariya festivalını ziyarət edib
08.10.2026 22:00

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 8-də Türkmənbaşı şəhərində keçirilən MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub.

Festival Türkmənistanın 2026-cı ildə MDB-yə sədrliyi çərçivəsində təşkil olunub. Tədbirdə səkkiz ölkə təmsil olunur.

Azərbaycanın Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə festivalda ölkənin milli pavilyonu yaradılıb.

Pavilyonda Azərbaycanın milli mətbəxi, müxtəlif bölgələrə xas ərzaq məhsulları və UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş çay mədəniyyəti təqdim olunub.

Pavilyonun digər hissəsində xalçaçılıq, kəlağayı, misgərlik, ağac üzərində oyma və keramika sənəti nümayiş etdirilib. Burada XIX əsr Qarabağ evinin interyeri də canlandırılıb.

Tədbir çərçivəsində azyaşlı xanəndələrin ifasında Azərbaycan musiqisi və muğam nümunələri səsləndirilib.

Həmin gün Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun adından Türkmənbaşı şəhərində rəsmi qəbul keçirilib və konsert proqramı təşkil olunub. İlham Əliyev qəbulda iştirak edib.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol