MDB-yə sədrlik 2027-ci il yanvarın 1-dən Özbəkistana keçəcək
Özbəkistan 2027-ci il yanvarın 1-dən Müstəqil Dövlətlər Birliyinin (MDB) orqanlarına sədrlik edəcək. Bu barədə Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov MDB Dövlət Başçıları Şurasının genişləndirilmiş iclasında bildirib.
“Dövlət Başçıları Şurasının dar tərkibli iclası keçirildi və onun çərçivəsində 2027-ci il yanvarın 1-dən MDB-yə sədrliyin Özbəkistan Respublikasına keçəcəyi barədə qərar qəbul edildi”, - Berdiməhəmmədov deyib.
2026-cı ildə MDB-yə Türkmənistan sədrlik edir. MDB dövlət başçılarının zirvə görüşü Türkmənbaşı şəhərindəki Avaza milli turizm zonasında keçirilir.