• $
  • €
  • ₽
  • ₺
  • £

Sabiq spikerə cinayət işi açıldı

Sabiq spikerə cinayət işi açıldı
10.04.2015 21:31
Frantişek Mikloşko Azərbaycan Cinayət Məcəlləsinin iki maddəsi ilə təqsirli bilinir

Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfər etmiş Slovakiya vətəndaşı barəsində cinayət işi başlanıb.
 
APA-nın əldə etdiyi məlumata görə, adı "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”nda adı yer almış Slovakiya vətəndaşı Frantişek Mikloşko (František Mikloško) Azərbaycan Cinayət Məcəlləsinin 281.2 (bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə təqsirli bilinir.
 
Radikal fikirləri ilə seçilən Frantişek Mikloşko Azərbaycanın işğal olunmuş ərazilərinə dəfələrlə qanunsuz səfər edib, işğal olunmuş ərazilərdə keçirilən qondarma seçkilərdə "müşahidəçi” kimi iştirak edib.
 
O, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə 25 may 2010-cu ildə İrəvanda keçirilən mətbuat konfransında "qondarma parlament seçkiləri müstəqillik haqqında özünəməxsus referendumdur”, "Qarabağın gələcəyi Ermənistanla birlikdə konfederasiyada birləşməkdədir” bəyanatları verib.
 
Növbəti ictimai çıxışlarında isə o, separatçı Dağlıq Qarabağ rejimi barədə "müstəqil dövlət kimi qəbul olunmalıdır”, "bizim üçün müstəqil dövlətdir” kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına çağıran açıq çağırışlar edib.
 
O, dini zəmində nifrətə çağıran ifrat bəyanatların da müəllifidir.
 
Frantişek Mikloşko Xristian Demokrat Hərəkatından Slovakiya Milli Şurasının, 1990-1992-ci illərdə Slovakiya Milli Şurasının spikeri olub.
 
2010-cu ildən ölkə daxili siyasətdən ayrıldığını iddia edir.
 



www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol