​Poroşenko Donbasa ATƏT hərbçilərinin yeridilməsini istədi

09:31 | 02.04.2016
​Poroşenko Donbasa ATƏT hərbçilərinin yeridilməsini istədi

​Poroşenko Donbasa ATƏT hərbçilərinin yeridilməsini istədi

Ukrayna prezidenti Pyotr Poroşenko hesab edir ki, ölkənin cənub-şərqində gedən silahlı münaqişəni ATƏT-in Donbasa göndərə biləcəyi silahlı polis missiyası həll edə bilər.
 
"Report" xəbər verir ki, bu barədə o Vaşinqtonda keçirilən nüvə sammitindən sonrakı brifinq zamanı bildirib. "Problemin həlli variantlarından biri ATƏT-in silahlı polis missiyası şəklində beynəlxalq təhlükəsizlik komponentidir", — deyə Poroşenko əlavə edib. O eyni zamanda qeyd edib ki, bunun üçün ATƏT-in müvafiq qərarı lazımdır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb