Poroşenko “Roshen”i satır

15:21 | 21.03.2016
Poroşenko “Roshen”i satır

Poroşenko “Roshen”i satır

Ukrayna prezidenti Petro Poroşenko "Roshen”  şokolad korperasiyasının Lipetskdəki fabrikini satmaq qərarına gəlib.

"Qafqazinfo”  xəbər verir ki, bu barədə prezident administrasiyasının başçısı Boris Lojkin bildirib.

O qeyd edib ki, vergi müfəttişliyi dəfələrlə fabriki bağlayıb və belə olan halda potensial alıcılar tapmaq mürəkkəb məsələdir.

Lojkin onu da vurğulayıb ki, Poroşenko nəyin bahasına olursa-olsun fabriki satmaq niyyətindədir və bu yalnız vaxt məsələsidir.

Qeyd edək ki, "Roshen” korperasiyası Ukraynada ən böyük qənnadı məmulatları istehsalçılarından biridir. Korporasiyada məmulatların istehsalının ümumi həcmi ildə 450 min ton təşkil edir.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb