Poroşenko: "Ruslarla ukraynalılar qardaş deyillər"

12:57 | 21.08.2015
Poroşenko:

Poroşenko: "Ruslarla ukraynalılar qardaş deyillər"

Ukraynanın aparıcı ictimai liderləri ilə konstitusiya islahtlarına dair görüşdə ölkə prezidenti Petro Poroşenko Rusiya prezidenti Vladimir Putinin iki ölkə xalqlarının birliyi barədə sözlərini şərh edərək, "müharibə zamanı qardaş xlaqların olmadığını”, bəyan edib.

Oxu.az bu barədə "Ukrayna 112” saytına istinadla xəbər verir.

"Müharibə zamanı xalqların qardaşlığı yoxdur. Avropaya gedən vahid Ukrayna xalqı və dərin böhranda olan rus xalqı var”, - o, bəyan edib.

Xatırladaq ki, Krıma səfəri zamanı Rusiya prezidenti Vladimir Putin ukraynalıların və rusların bir xalq olduğuna dair bəyanatını təkrarlayıb.

"Mən hesab edirəm ki, ruslar və ukraynalılar – bu ümumiyyətlə bir xalqdır, biz fərq qoymuruq”, - Rusiya prezidenti bildirib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb