Prezident İlham Əliyevin sərəncamı ilə Samir Nuriyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsindən azad edilib.
Oxu.Az-ın məlumatına görə, Administrasiya Milli Məclisə təqdim olunan qanun layihələrini, Prezidentin fərman, sərəncam, tapşırıq və müraciətlərinin, habelə digər sənədlərin layihələrini hazırlayır.
Administrasiya qəbul olunmuş qanunların, Prezidentin fərman, sərəncam və tapşırıqlarının yerinə yetirilməsinə nəzarət edir. Onları yoxlayır və dövlət başçısına müvafiq məruzələr təqdim edir.
Administrasiya Prezidentin respublikadakı siyasi partiya, ictimai birlik, həmkarlar və yaradıcı ittifaqları ilə, habelə xarici ölkələrin dövlət orqanları və vəzifəli şəxsləri, yerli və xarici siyasi, ictimai xadimlər, beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrini təmin edir.
Administrasiyada ölkədə və dünyada baş verən sosial-iqtisadi, siyasi və hüquqi proseslər haqqında məlumatlar, yerli özünüidarə orqanlarının, ictimai təşkilatların və vətəndaşların müraciətləri, təklifləri təhlil olunur. Bundan sonra Prezidentə müvafiq məruzələr hazırlanır.
Administrasiyada fəaliyyət göstərən Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi daxil olmuş bütün məktubları, müraciətləri təhlil edərək Administrasiyanın müvafiq şöbələrinə və ya digər dövlət orqanlarına göndərir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !