Prezident cavab gözləyir

11:30 | 05.08.2014
Prezident cavab gözləyir

Prezident cavab gözləyir

Səlahiyyət müddəti 28 Avqustda sona çatacaq olan prezident Abdullah Gül dünəndən vida ziyarətlərinə başlayıb. Prezident Abdullah Gül 10 avqust - prezident seçkisindən əvvəl məclis başçısı, baş nazir, baş qərargah rəhbəri, eləcə də Məclisdə təmsil olunan müxalifət partiyalarının liderlərini də vida ziyarətinə dəvət etməyi planlaşdırıb. ANN.Az türk mediasına istinadən xəbər verir ki, ancaq MHP lideri Dövlət Baxçalı, Köşk'ün ziyarət tələbinə hələ cavab verməyib. Əvvəllər də Gülün görüş dəvətlərini rədd etmiş Baxçalının cavabının nə olacağı Ankara kulislərinin maraq mövzularından birinə çevirib. Gül çərşənbə günü saat 12.00-də CHP başqanı Kamal Kılıçdaroğlunu ziyarət edəcək. Cümə axşamı günü isə Baş Qərargaha gedərək general Necdət Özəllə görüşəcək.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb