Prezident oyunu dayandırıb, komandalara penalti vurmağı əmr etdi

18:14 | 01.12.2015
Prezident oyunu dayandırıb, komandalara penalti vurmağı əmr etdi

Prezident oyunu dayandırıb, komandalara penalti vurmağı əmr etdi

Matçın əsas vaxtı 63-cü dəqiqədə bitib

Mavritaniya Super Kubokunun finalında gözlənilməz hadisə baş verib. "Report"un məlumatına görə, ölkə prezidenti Məhəmməd Əbdül Əziz "Tevraq-Zeyna" və "Ksar" arasında keçirilmiş oyunu 63-cü dəqiqədə dayandırıb.

Buna səbəb 1:1 hesabı ilə davam edən final görüşünün prezidentin marağına səbəb olmamasıdır. O surətsiz davam edən matçın artırma dəqiqələrinə getməməsi üçün komandalara on bir metrlik cərimə zərbələrini yerinə yetirmə göstərişi verib. Nəticədə "Tevraq-Zeyna" penaltiləri daha dəqiq yerinə yetirən tərəf olaraq qalib gəlməyi bacarıb.

Mavritaniya Futbol Federasiyasının prezidenti Əhməd Uld Əbdürrəhman isə ölkə başçısının oyunun gedişinə müdaxiləsini inkar edib: "Mən respublika prezidentinin oyuna müdaxiləsini qətiyyətlə təkzib edirəm. Qərar iki komandanın prezidentləri və baş məşqçiləri ilə uyğun olaraq təşkilati məsələlərə görə qəbul olunub".

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb