Prezident Sumqayıtda fabrik və zavodun açılışında iştirak etdi

14:16 | 13.01.2015
Prezident Sumqayıtda fabrik və zavodun açılışında iştirak etdi

Prezident Sumqayıtda fabrik və zavodun açılışında iştirak etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Sumqayıt şəhərinə gəlib.

Modern.az xəbər verir ki, dövlət başçısı  Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Sonra Prezident İlham Əliyev Nəsimi adına şəhər mədəniyyət və istirahət parkında aparılan yenidənqurma işləri ilə tanış oldu. Bildirildi ki, parkda yerləşən Şəhidlər xiyabanının yaxınlığındakı ərazidə geniş abadlıq işləri aparılıb, "20 Yanvar” və "Xocalı” abidələri ucaldılıb. Dövlət başçısı daha sonra Sumqayıt tekstil fabrikinin açılışında iştirak edib.

Prezident İlham Əliyev fabriki işə salıb, istehsal prosesini izlədi, hazır məhsullara baxıb. Azərbaycan Prezidenti fabrikin açılışı münasibətilə kollektivi təbrik edib.

Sonda xatirə şəkli çəkdirilib.

Prezident İlham Əliyev Sumqayıta səfəri çərçivəsində Gənclər Evinin açılışında da iştirak edib. Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış olub.

Sonra Prezident İlham Əliyev Sumqayıtda yeni tikilmiş Yaşıl teatrda yaradılan şəraitlə maraqlanıb. Daha sonra dövlət başçısı beton məmulatı zavodunun açılışında iştirak edib.

Prezident İlham Əliyev zavodu işə salıb.

Məlumat verilib ki, illik istehsal gücü 140 min metr müxtəlif diametrlik beton boru və 500 min kvadratmetr beton döşəmə daşı olan zavodda ən müasir texnologiya tətbiq edilib. Yeddi istehsal sahəsindən ibarət bu zavod avadanlığın həcminə görə Şərqi Avropada analoqu olmayan ən böyük müəssisədir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM